Gömrük Komitəsinin keçmiş sədrinin bacanağı hakim qarşısında... - DETALLAR (YENİLƏNİB)
GÜNDƏM
31.07.2026, 14:50
Sabirabad Rayon Mərkəzi Xəstəxanasının külli miqdarda mənimsəmədə ittiham olunan sabiq direktoru Həsən Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası avqustun 11-nə təyin edilib.
Qeyd edək ki, ittihama görə, Həsən Hüseynov Sabirabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışarkən öz qulluq mövqeyindən istifadə etməklə 186 min manat mənimsəyib. O, istintaq dövründə dəymiş ziyanın təxminən 20 min manatını ödəyib.
Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan olunub. Həsən Hüseynovun barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsi Əlişirin Əliyev, Qabil Quliyev və İntiqam Kərimovun cinayət işi üzrə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi davam edir.APA
***
Dörd ay əvvələ kimi TƏBİB-in tabeliyində olan Sabirabad Rayonu Mərkəzi Xəstəxanasının direktoru işləmiş Həsən Hüseynov cinayət məsuliyyətinə cəlb edilib.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, eks-direktor külli miqdarda mənimsəmədə ittiham olunur.
Prokurorluqda aparılan istintaqla müəyyən edilib ki, direktor vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 186 min manatdan bir az artıq dövlət vəsaitini mənimsəyib.
H.Hüseynov həbs edilməyib, onun barəsində məhkəməsi başlayana qədər “başqa yerə getməmək haqda” qətimkan tədbiri seçilib. O, vurduğu ziyanın 20 min manatını geri ödəyib, qalan pulu ödəməsi üçün isə şərait yaradılıb.
Ziyan ödənilmədiyi halda H.Hüseynovu ittiham edildiyi külli miqdarda mənimsəmə maddəsi ilə 5 ildən 10 il qədər həbs gözləyir. Yaxın günlərdə məhkəmə başlayacaq.
Qeyd edək ki, Həsən Hüseynovun Dövlət Gömrük Komitəsinin (DGK) keçmiş sədri general-polkovnik Səfər Mehdiyevin bacanağı olduğu bildirilir. O, ötən il xəstəxanada qadın işçilərdən birini döyməsi iddiası ilə gündəmə gəlmişdi.

Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Çağırışa möhlət verilən bu şəxslər tibbi müayinəyə çağırılır - ƏƏSMN açıqlama yaydı
Bugün, 16:19 CƏMİYYƏT
-
"Azərişıq" yeni tenderə hazırlaşır
Bugün, 16:07 İQTİSADİYYAT
-
Türkiyə qırıcısı Rusiyanın PUA-sını vurdu - NATO sözçüsü "Alyans hər cür təhdidlərə hazırdır" xəbərdarlığı etdi
Bugün, 15:56 DÜNYA
-
Ağdamda yanğın başlayıb - VİDEO
Bugün, 15:41 CƏMİYYƏT
-
Mənsur Yavaş istefa xəbərindən danışdı: "Haqqında ortaya atılan siyasi ssenari..."
Bugün, 15:16 SİYASƏT
-
İyi Partiyadan daha bir deputat istefa verdi
Bugün, 15:10 DÜNYA
-
Daha bir türk əsilli kriminal dəstə lideri xaricdə saxlanılıb - FOTO
Bugün, 14:59 KRİMİNAL
-
SOCAR-ın BORCU: hansı qurumlara nə qədərdir? - Maliyyə hesabatı + SİYAHI
Bugün, 14:53 İQTİSADİYYAT
-
Sərhəd Qoşunları komandanı vəzifədən azad edildi - DSX rəisinə yeni müavin gətirildi
Bugün, 14:32 GÜNDƏM
-
Röya Aygünün 37 il əvvəlki mahnısını oxudu - VİDEO
Bugün, 14:14 ŞOU-BİZNES
-
YÜKSƏK BAL TOPLAYANLARIN SAYI ARTIB: "Onların hamısı istədiyi tibb ixtisasına qəbul ola bilməyəcək"
Bugün, 14:07 CƏMİYYƏT
-
"WhatsApp"da doğmaların adıyla dələduzluq halları artıb, DİN xəbərdarlıq edir: "Dərhal inanmayın"
Bugün, 13:53 GÜNDƏM
-
"Dövlət auditi" informasiya sistemi yaradıldı - Yeni fərman + DETALLAR
Bugün, 13:49 GÜNDƏM
-
Hesablama Palatasına yeni səlahiyyətlər verildi - Prezident daha üç qanuna dəyişiklik etdi
Bugün, 13:49 İQTİSADİYYAT
-
Prezident Kənd Təsərrüfatı Nazirliyinə əlavə səlahiyyət verdi - Fərman
Bugün, 13:30 GÜNDƏM
-
Partiya sədrindən döyülən deputatla bağlı açıqlama: "Bu rəzillik qəbuledilməzdir"
Bugün, 13:16 SİYASƏT
-
İcra başçısını təhqir edən şəxs həbs olundu - Təfərrüat
Bugün, 13:04 CƏMİYYƏT
-
Azercell-in “Oflayn Qadınlar” layihəsi beynəlxalq Stevie® mükafatına layiq görülüb
Bugün, 12:58 CƏMİYYƏT
-
Azərbaycan-Özbəkistan IV Regionlararası Forumu keçiriləcək - Daşkənddə
Bugün, 12:51 İQTİSADİYYAT
-
Sabah yağışlı hava olacaq
Bugün, 12:21 CƏMİYYƏT
-
"Bir qocaman sənətkar kimi ən böyük arzum..." - “Bəzən efirlərdə elə adamları çıxarıb reklam edirdilər ki..."
Bugün, 12:04 MƏDƏNİYYƏT
-
Gecə yarısı qadınlar tərəfindən döyülən deputata cinayət işi açıldı - Partiyadan da qovulur
Bugün, 11:52 SİYASƏT
-
ABŞ-da eyni gündə üç ölüm hökmü icra edilib - Son 16 ildə ilk dəfə...
Bugün, 11:49 DÜNYA
-
Kamran Əliyev Çin səfiri ilə görüşdü - Nələr müzakirə olunub?
Bugün, 11:46 SİYASƏT
-
Kamran Əsədov məhkəmədə: "Onlara qarşı tədbir görün"
Bugün, 11:26 CƏMİYYƏT
-
Kəmaləddin Heydərovun bəstələdiyi mahnılar... - Onları kim oxuyub? + VİDEOLAR
Bugün, 11:18 MƏDƏNİYYƏT
-
Rusiya ordusu Ukraynanın iri şəhərlərini bombaladı: ölən və yaralananlar var
Bugün, 10:58 GÜNDƏM
-
Kəlbəcərdə mina partladı: 73 yaşlı kişi yaralandı (Yenilənib)
Bugün, 10:46 GÜNDƏM
-
Kolleclərə qəbulun nəticələri elan olunub
Bugün, 10:45 GÜNDƏM
-
“Global Media”nın əməkdaşı vəfat edib
Bugün, 10:37 PRESS
-
Mübariz Tağıyevdən “Yeni ulduz”un bərpa iddiasına reaksiya:: "SMS ilə müğənni seçmək bir az çətin məsələdir" - Onlara ürəyim ağrıyırdı”
Bugün, 10:24 MƏDƏNİYYƏT
-
Bu rayonlarda yağış yağır - SİYAHI
Bugün, 10:14 GÜNDƏM
-
İstefa verən deputat iqtidar partiyasına üzv olur: "Bəli, AKP-yə qatılacam"
Bugün, 10:05 SİYASƏT
-
Rəsmi Bakı: "Pakistan, Müstəqillik Günün mübarək!"
Bugün, 09:59 SİYASƏT