TƏBİB-də daha bir dəyişiklik gözlənilir

TƏBİB-də daha bir dəyişiklik gözlənilir

GÜNDƏM

Bugün, 15:07

Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov işdən çıxarılır.

Məlumatına görə, bununla bağlı direktorun ərizəsi alınıb. Yaxın vaxtlarda onun işdən çıxarılması ilə bağlı TƏBİB-in icraçı direktoru Anar Bayramov əmr imzalayacaq.
Məsələ ilə bağlı E.Azadxanovla əlaqə saxlamaq mümkün olmadı - zənglərə cavab vermir. TƏBİB-dən isə bildirildi ki, onun işdən azad olunması ilə bağlı əmr yoxdur.
Qeyd edək ki, E.Azadxanov bu vəzifəyə 2023-cü il 30 dekabr tarixində təyin olunmuşdu.
 
Xatırladaq ki, o 2021-ci ildə “Tərəqqi" medalı ilə təltif edilib. Azərbaycan Kardiologiya Cəmiyyətinin, Avropa Kardioloqları Cəmiyyətinin, Türk Dünyası Kardioloqları Birliyinin üzvüdür/bakipost.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR