Xəzərdə daha bir nəfər boğulub

Xəzərdə daha bir nəfər boğulub

GÜNDƏM

Bugün, 22:38

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 700 metr aralı, dənizdə nəzarətsiz ərazidə 2 nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən Mia.az-a verilən məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Həyata keçirilən xilasetmə əməliyyatı sayəsində vətəndaş - 2009-cu il təvəllüdlü Ağazadə Rahil Tarıyel oğlu xilas edilib.

Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş - 2009-cu il təvəllüdlü İsmayılzadə Nurlan Mövlud oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR