CHP-nin alınmaz qalası çökdü - 28 bələdiyyə sədrindən 24-ü Yeni Partiyaya transfer elədi

CHP-nin alınmaz qalası çökdü - 28 bələdiyyə sədrindən 24-ü Yeni Partiyaya transfer elədi

SİYASƏT

Bugün, 11:16

Türkiyənin artıq ana müxalifət partiyası statusunu itirən CHP-nin alınmaz qalası olan İzmirdə böyük siyasi çalxalanma yaşanır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu şəhərdə CHP-ni daha a  sarsıdacaq şok istefalar baş verib.

Məlumata əsasən, şəhərdə 28 CHP-li bələdiyyə başqanından 24-ü Özgür Özəlin rəhbərliyi ilə qurulan Yeni Partiyaya qatılıb: "İzmir Böyükşəhər Bələdiyyə sədri Cəmil Tuqayın müstəqil qalacağı fikrini dəyişməyib. CHP sıralarında isə indi İzmirin cəmi 4 rayon bələdiyyə sədri qlaıb. Onlar Onur Emrah Yıldız (Çiğli Bələdiyyə sədri), Tanju Çelik (Berqama Bələdiyyə sədri), Hüseyn Zirvə (Buca Bələdiyyə sədri), Erman Uzun (Narlıdərə bələdiyyə sədridirlər".

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR