Rəsmi Bakıdan Zaxarovaya cavab verildi: "Səsləndirdiyi fikirlər reallığın təhrif olunmasıdır"
SİYASƏT
28.07.2026, 11:34
"Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın növbəti dəfə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər reallığın təhrif olunmasıdır".
Mia.az xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiya XİN sözçüsü Mariya Zaxarovanın fikirlərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Qarabağ bölgəsi beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya tərəfindən hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb: "Bu səbəbdən, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) mexanizmlərinin 30 il ərzində Ermənistanın işğalı altında saxlanmış Azərbaycanın suveren ərazilərinə münasibətdə tətbiq edilməsi məsələsini davamlı şəkildə gündəmdə saxlamaq cəhdi və bunun Qarabağ bölgəsinin Ermənistan tərəfindən tanınıb-tanınmaması ilə əlaqələndirilməsi Rusiya tərəfinin Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı rəsmi mövqeyinə zidd olmaqla yanaşı, tamamilə əsassızdır".
XİN sözçüsü əlavə edib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüququn tələblərinə uyğun olaraq bərpa edib və bununla keçmiş münaqişə həll olunub: "Bu çərçivədə, Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şəkildə şərh edilməsi təcrübəsinə son qoyulmalıdır".
Qeyd edək ki, iyulun 27-də Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova "Qvardeysk" gənclər forumunda çıxışı zamanı bildirib ki, "Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) mexanizmindən istifadə edilməsinə çağırış etsə də, bunun kimin və nəyə münasibətdə tətbiq olunması sual idi. Təəssüf ki, xoşbəxtlikdən "Dağlıq Qarabağ"ın Ermənistan tərəfindən nə özününkü, nə də müstəqil ərazi kimi tanınmadığı məlumdur. Belə bir şəraitdə KTMT-nin kollektiv təhlükəsizlik mexanizmindən istifadə olunması mümkün deyildi".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Xocavənddə buldozer minaya düşüb
08.08.2026, 21:07 GÜNDƏM
-
PREZİDENT İLHAM ƏLİYEVLƏ TRAMP TELEFONDA DANIŞDI: nələr müzakirə olunub?
08.08.2026, 19:42 GÜNDƏM
-
İrandan ölkəmizə PUA ilə göndərilən narkotik... - Saxlanılanlar var + VİDEO
08.08.2026, 18:11 KRİMİNAL
-
“Prezident İlham Əliyev müharibəni qazandı, lakin o, həm də sülhü qazandı!” - Hikmət Hacıyev + VİDEO
08.08.2026, 14:50 GÜNDƏM
-
Nəsimi Rayon İcra Hakimiyyətində rayon ağsaqqalları ilə görüş keçirilib - FOTOLAR
08.08.2026, 14:45 CƏMİYYƏT
-
"Vaşinqtonda ortaya çıxan nəticələr göstərdi ki..." - TƏHLL
08.08.2026, 13:58 SİYASƏT
-
PAŞİNYAN PREZİDENT İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
08.08.2026, 12:32 GÜNDƏM
-
Xəzərdə boğulan 16 yaşlı uşağın meyiti tapıldı
08.08.2026, 12:14 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
08.08.2026, 12:07 CƏMİYYƏT
-
"Bacıma bu itkini ikiqat ağır edən bir məqam da var" - Blogerin bacısı kürəkəninin ölümündən yazdı
08.08.2026, 11:45 CƏMİYYƏT
-
Direktor, rəislər və siqaret qaçaqlmalçıları... - Onlar mühakimə olunurlar
08.08.2026, 11:01 GÜNDƏM
-
Xocavənddə traktor minaya düşüb
08.08.2026, 10:49 GÜNDƏM
-
Ağdaşda İTV əməkdaşlarına hücum edildi – Həmin anın VİDEOSU
08.08.2026, 10:47 PRESS
-
Gəncədə vəkilin qardaşı öldürülüb - TƏFƏRRÜAT
08.08.2026, 10:43 KRİMİNAL
-
Azərbaycanın diplomatik zəfəri: Vaşinqton bəyannaməsi nələri dəyişdi?
08.08.2026, 10:28 SİYASƏT
-
SOCAR-ın Vitse-prezidentinin "Azəriqaz" rəhbərinə xəbərdarlıq məktubu yayıldı - Ən çox qaz itkisi hansı bölgələrdədir? - SƏNƏD
08.08.2026, 10:03 İQTİSADİYYAT
-
Paşinyan: "Yaxın vaxtlarda TRIPP-in icrasına başlayacağıq" - "Bu, böyük regional və beynəlxalq hadisə olacaq"
08.08.2026, 09:51 GÜNDƏM
-
Rəsmi Bakı Gürcüstanla bağlı bəyanat yaydı
08.08.2026, 09:12 SİYASƏT
-
Bakıda vəkil həbs edilib
07.08.2026, 23:40 GÜNDƏM
-
Eren Derdiyok "Qalatasaray"da baş məşqçi oldu
07.08.2026, 23:38 İDMAN
-
Etna dağı yenidən aktivləşib
07.08.2026, 21:10 DÜNYA
-
Daha bir tiktoker cəzalandırıldı
07.08.2026, 20:07 PRESS
-
2500-ə yaxın internet resurslarının idarəetmə panellərini "qıran" şəxslər saxlanıldı - VİDEO
07.08.2026, 19:57 KRİMİNAL
-
İcra başçısının sabiq müavininə hökm oxundu
07.08.2026, 18:57 KRİMİNAL
-
Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ
07.08.2026, 18:09 YAZARLAR
-
Bu tarixdə leysan yağacaq - Xəbərdarlıq
07.08.2026, 18:00 GÜNDƏM
-
"Rəşad Dağlının əfv siyahısına salınmasına əsas yoxdur"
07.08.2026, 17:45 MƏDƏNİYYƏT
-
AQTA heyvan kəsimi məntəqələrində nöqsanlar aşkarlayıb
07.08.2026, 17:33 İQTİSADİYYAT
-
Yeni Partiya bu partiyanın qərargahına köçür - Aylıq 4 milyon tl kirayə haqqı var
07.08.2026, 17:18 DÜNYA
-
Mətbuat katibi: "ADY Bakı–Tbilisi–Bakı istiqaməti üzrə heç bir turizm şirkəti ilə əməkdaşlıq etmir..."
07.08.2026, 17:05 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
07.08.2026, 17:00 İQTİSADİYYAT
-
Bakının həm Moskva, həm də Kiyevlə təmaslar qurması və... - TƏHLİL
07.08.2026, 16:55 SİYASƏT
-
Həftəsonu güclü külək əsəcək - Xəbərdarlıq
07.08.2026, 16:20 GÜNDƏM
-
Bələdiyyə sədri Məhəmməd Salaha torpaq təklif elədi: "Gəl burada yaşa, qarşıdakı illərdə Misirdə elə isti hava olacaq ki..."
07.08.2026, 16:11 İDMAN