Türkiyədə Zəngəzur dəhlizi ilə bağlı monoqrafiya nəşr olunub
SİYASƏT
28.07.2026, 18:58
44 günlük Vətən müharibəsindən sonra Qarabağın düşmən işğalından tam azad olunması ilə dünya siyasi leksikonuna sıx daxil olan “Zəngəzur Dəhlizi” mövzusu istər siyasətçilərin, istər gələcək investorların, istərsə də bu sahənin perspektivləri barədə araşdırmalar aparan elmi-tədqiqatçıların və müstəqil jurnalistərin maraq dairəsindədir.
Bu baxımdan, ötən həftə Türkiyənin nüfuzlu “Eğitim Yayınevi” nəşriyyatında işıq üzü görmüş “Zengezur koridoru’nun ulusal, bölgesel ve küresel etkileri (cilt 1)” (Zəngəzur dəhlizinin milli, regional və qlobal təsirləri (1-ci cild) adlı kitab bu istiqamətdə xaricdə nəşr olunmuş ilk irihəcmli tədqiqat əsəri oub, bu mühüm layihənin hərtərəfli araşdırılmasına yönəlmiş dəyərli mənbədir.
Dosentlər Alpaslan Alpaslanoğlu və Polad Əliyevin redaktorluğunda hazırlanmış bu kitabda 12 müəllifin 9 mövzuda araşdırması yer alıb.
Azərbaycan iqtisadiyyatı ilə bağlı xeyli sayda araşdırmaları ilə də tanınan türkiyəli alim, professor-doktor Kərəm Karabuludun ön söz müəllifi olduğu bu kitabda Zəngəzur dəhlizinin açılması ilə gələcəkdə Azərbaycan-Türkiyə arasındakı iqtisadi-mədəni əlaqələrində yaranacaq perspektivlər, geostrateji, turizm, ticarət, enerji, logistika, təhlükəsizlik və mailyyə-investisiya məsələləri tədqiqat obyekti seçilib. Qars-İğdır-Naxçıvan dəmir yolunun istifadəyə verilməsi ilə dəhlizin strateji əhəmiyyəti, iki ölkə arasındakı əlqələrdə Naxçıvanın əhəmiyyəti bu kitabda xüsusilə araşdırma mövzuları kimi diqqəti cəlb edir.
236 səhifə həcmində onlayn şəkildə nəşr olunmuş 1-cilddə Malatya Turgut Özal Universitetnin dosenti Sibel Bilkayın “Zəngəzur nəqliyyat koridoruna havadan bir baxış”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən Mehdi Bağırovun və İğdır Universitetinin dosenti, əslən naxçıvanlı olan Polad Əliyevin həmmüəllifi olduqları “Azərbaycanın nəqliyyat sistemində Zəngəzurun yeri və rolu”, Qars Qafqaz Universitetindən professor doktor Elnur Hasan Mikail və Şimali Kipr On Beş Noyabr Universitetinin dosenti Hakan Çoranın həmmüəllifi olduqları “Zəngəzur Dəhlizinin Azərbaycan geosiyasi, iqisadi və təhlükəsizlik baxımından strateji analizi”, Naxçıvan Dövlət Universitetinin dosenti Əli Cabbarovun “Zəngəzur Dəhlizi üzərində turizm: mövcud vəziyyət və potensial imkanlar”, İğdır Universitetinin dosenti Özlem Sökmen Gürçamın “Dövlət maliyyəsi kontekstində Zəngəzur dəhlizinin təhlili və onun Türkiyə üçün potensial vergi nəticələri”, İğdır Universitetinin dosentləri Aslıhan Iğdir Akaras və Emrah Konuralpın həmmüəllifi olduqları “Zəngəzur dəhlizi: Cənubi Qafqazda dəyişən güc balansı, regional inteqrasiya və Avrasiya geosiyasətinin yeni balansı”, İstanbul Yeni Yüzyıl Üniversitetinin dosenti Güven Korkutun “Bir dəhliz və geosiyasət: Zəngəzur dəhlizi və enerji təhlükəsizliyi”, İğdır Universitetinin dosenti Selcuk Gürçamın “Nəqliyyat sisteminin ətraf mühitə təsiri: Zəngəzur dəhlizinin qiymətləndirilməsi” və İğdır Universitetinin dosenti Alpaslan Alpaslanoğlunun “İpək Yolunun Orta Dəhlizində yeni bir halqa: İğdır-Bakı dəhlizi” adlı bölümləri yer alıb.
Bu istiqamətdə gələcək tədqiqatlara geniş bir vəsilə olacağı gözlənilən “Zengezur koridoru’nun ulusal, bölgesel ve küresel etkileri (cilt 1)” kitabı Zəngəzur Dəhlizinin tarixi arxazəmini, onun sahib olduğu təbii, tarixi-mədəni, turizm və coğrafi imkanları, siyasi, iqtisadi və sosioloji resursları və perspektiv logistik potensialı, həmçinin regional və qlobal sülhə verəcəyi töhfələri araşdıran tədqiqatçılar üçün faydalı beynəlxalq mənbədir. Kitabın onlayn (PDF) versiyası ilə oxucular https://www.egitimyayinevi.com/zengezur-koridoru-nun-ulusal-bolgesel-ve-kuresel-etkileri-cilt-1 linkindən keçıd edərək tanış ola bilərlər.
Naxçıvan Dövlət Universitetinin dosenti
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Mübariz Tağıyevdən “Yeni ulduz”un bərpa iddiasına reaksiya:: "SMS ilə müğənni seçmək bir az çətin məsələdir" - Onlara ürəyim ağrıyırdı”
Bugün, 10:24 MƏDƏNİYYƏT
-
Bu rayonlarda yağış yağır - SİYAHI
Bugün, 10:14 GÜNDƏM
-
İstefa verən deputat iqtidar partiyasına üzv olur: "Bəli, AKP-yə qatılacam"
Bugün, 10:05 GÜNDƏM
-
Rəsmi Bakı: "Pakistan, Müstəqillik Günün mübarək!"
Bugün, 09:59 SİYASƏT
-
Azərbaycan nefti ucuzlaşdı - 1.5 dollar
Bugün, 09:42 İQTİSADİYYAT
-
Enes Ünal "Xetafe"yə qayıtdı
Bugün, 09:28 İDMAN
-
Xankəndi şəhərinə daha 102 nəfər köçürülüb
Bugün, 09:17 GÜNDƏM
-
İrfan Can Eğribayat "Gençlerbirliği"nə transfer oldu
Bugün, 09:12 İDMAN
-
"Beşiktaş" Duşan Vlahoviçlə 3 illik müqavilə imzaladı
Bugün, 09:01 İDMAN
-
Mənsur Yavaş İYİ Partiyaya keçir? - AÇIQLAMALAR
Bugün, 00:17 SİYASƏT
-
"Trabzonspor"un Avroliqadakı rəqibi müəyyənləşib
Bugün, 00:09 İDMAN
-
SEPAH: "Hörmüz boğazı tam nəzarətimizdədir"
Bugün, 00:04 DÜNYA
-
Daha bir müxalif deputat partiyasından istefa verdi - Türkiyədə
Bugün, 00:04 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 MƏDƏNİYYƏT
-
Avropa Liqası: "Beşiktaş" pley-off mərhələsinə yüksəldi
13.08.2026, 23:23 İDMAN
-
Konfrans Liqası: "Qarabağ" Kiyev komandasına qalib gəldi - (Yenilənib)
13.08.2026, 22:02 İDMAN
-
XİN: "Minalar məcburi köçkünlərin təhlükəsiz qayıdışını əngəlləyir"
13.08.2026, 21:58 GÜNDƏM
-
Biləsuvarda 44 yaşlı şəxs öldürülüb
13.08.2026, 21:01 KRİMİNAL
-
Kəlbəcərdə mina partladı: 73 yaşlı kişi yaralandı
13.08.2026, 19:46 GÜNDƏM
-
Süleymançılar təriqəti: onlar kimdir, hansı şirkətlərlə bağları var? - SİYAHI + FOTO
13.08.2026, 19:09 SİYASƏT
-
Türkiyəli iki kriminal lider tutuldu - Gürcüstanda + FOTO
13.08.2026, 18:53 KRİMİNAL
-
İspaniya Super Kuboku oyunları İstanbulda keçiriləcək - Bu tarixdə
13.08.2026, 18:24 İDMAN
-
TÜRKİYƏDƏ DEPUTATI SƏHƏRƏ YAXIN EVDƏ DÖYÜB VİDEO ÇƏKDİLƏR: qrup seksi iddiası və... - FOTOLAR
13.08.2026, 18:07 SİYASƏT
-
Ərdoğanın partiyası 8, Özgür Özəlin partiyası 2 böyük şəhərdə önə çıxır, CHP isə... - TÜRKİYƏNİN ƏN GÜCLÜ SİYASİ TƏŞKİLATLARI (SORĞU)
13.08.2026, 17:53 SİYASƏT
-
Ərdoğan DEM Partiya rəhbərliyini qəbul etdi - 5 əsas müzakirə
13.08.2026, 17:45 SİYASƏT
-
Hakan Fidan Liviyada: üsyançı general Xəlifə Haftarla görüş və... - TƏHLİL
13.08.2026, 17:27 SİYASƏT
-
SOCAR-da gözlənilməz dəyişiklik - Vitse-prezident öz ərizəsiylə vəzifədən azad edilib
13.08.2026, 17:23 GÜNDƏM
-
Naxçıvan Regional DOST Mərkəzinə direktor müavini təyin edilib
13.08.2026, 17:14 İQTİSADİYYAT
-
Azərbaycanın FMCG sektorunda ilk: Veysəloğlu Şirkətlər Qrupu BMT Qlobal Sazişinin üzvü olaraq CoP hesabatını təqdim edib
13.08.2026, 17:11 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
13.08.2026, 17:00 İQTİSADİYYAT
-
Tufandağ buzlağında növbəti monitorinq və tədqiqat işləri aparılıb
13.08.2026, 16:41 CƏMİYYƏT
-
Sabah Sabirabad, Salyan və Saatlının bu kəndlərində qaz olmayacaq
13.08.2026, 16:22 CƏMİYYƏT
-
Samux sakini Moldovada saxlanıldı
13.08.2026, 16:07 KRİMİNAL
-
Prezident İlham Əliyev daha bir qanunu təsdiqləyib
13.08.2026, 16:06 GÜNDƏM