Özgür Özəldən iddialı açıqlama: "Yeni partiyamıza 200-dən çox bələdiyyə sədri qatılacaq, Mənsur Yavaş və Karalara gəlincə..."

Özgür Özəldən iddialı açıqlama: \"Yeni partiyamıza 200-dən çox bələdiyyə sədri qatılacaq, Mənsur Yavaş və Karalara gəlincə...\"

SİYASƏT

Bugün, 00:36

91 deputatla CHP-dən ayrılaraq Türkiyədə Yeni Partiya quran  Özgür Özəl xalqa iddialı mesaj verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, sabahdan başlayaraq yeni siyasi təşkilata 200-dən çox bələdiyyə sədrinin üzv olacağını deyib.

Partiya sədri Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mənsur Yavaş və Adana Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Zeydan Karalar haqqında danışıb: "Mənsur Yavaş bizimlıədir. Bir bələdiyyə sədri "Mən Özgür Özəl ilə deyiləm" demədiyi müddətcə, o, bizimlədir. Bələdiyyə şurasındakı balans səbəbindən bir çox dostumuzu dəvət etmədik. Biz keçid dövründəyik, həssas bir dövrdəyik. Mənsur Yavaş köhnə partiyamızdadır. Biz heç kimi dəvət etmədik. Buna görə də heç kim bələdiyyə sədri Mənsur bəyi "kafir" adlandırmamalıdır. Zeydan Karalara gəldikdə, heç kim  bizim aramıza girə bilməz. Zeydan Karalar üçün fərqli bir vəziyyət var". 

F.SƏFƏRLİ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR