"Məni dəyənəklə döysələr belə..." - Bələdiyyə sədrləri CHP-dən istefa verdilər

\"Məni dəyənəklə döysələr belə...\" - Bələdiyyə sədrləri CHP-dən istefa verdilər

SİYASƏT

Bugün, 00:01

Cəmi iki ay əvvəl "Məni dəyənəklə döysələr belə, Cümhuriyyət Xalq Partiyasından (CHP) başqa hər yerə getmərəm", - deyən Türkiyənin Dənizli Böyükşəhər Bələdiyyəsinin sədri Bülent Nuri Çavuşoğlu bu gün sözünə naxələf çıxıb.

Mia.az Türkiyə mətbuatına istinadl xəbər verir ki, o, CHP-dən istefa verdiyini və Özgür Özəlin sədri olduğu yeni siyasi təşkilata - Yeni Partiyaya üzv olduğunu bəyan edib.

Məlumatda deyilir li, Çavuşoğlu ilə yanaşı, Merkezefendi, Pamukkale, Acıpayam, Bekilli, Bozkurt, Buldan, Çal, Çardak, Çivril, Güney, Kale, Sarayköy, Serinhisar və Tavas bələdiyyə sədrləri də CHP-dən ayrılaraq, "Yeni Partiya" bayrağı altına keçiblər.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR