Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir
CƏMİYYƏT
28.07.2026, 21:58
Şirkət gənclərin süni intellekt sahəsində bilik və bacarıqlarının inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edir
Mia.az xəbər verir ki, 17–21 avqust tarixlərində ADA Universitetində keçiriləcək intensiv beş günlük proqram gənclərə praktiki bilik və bacarıqlar qazandırmağı, real biznes problemlərinin həllində AI texnologiyalarından istifadə imkanlarını inkişaf etdirməyi hədəfləyir.
Təlim müddətində iştirakçılar süni intellekt texnologiyalarının biznes proseslərində tətbiqi, qərarvermə mexanizmlərinin təkmilləşdirilməsi, telekommunikasiya sektorunda AI həlləri, agent əsaslı süni intellekt (Agentic AI) və digər müasir AI istiqamətləri ilə tanış olacaq, biliklərini real biznes nümunələri üzərində inkişaf etdirəcəklər.
Proqram çərçivəsində tələbələr akademik və sənaye ekspertlərinin mentorluğu ilə komandalarda çalışaraq real biznes problemlərin həllinə yönəlmiş süni intellekt əsaslı layihələr hazırlayacaq və əldə etdikləri bilikləri praktiki şəkildə tətbiq etmək imkanı qazanacaqlar.
Bootcamp müxtəlif ixtisaslar üzrə təhsil alan I və II kurs bakalavr tələbələri üçün nəzərdə tutulub və proqramda iştirak etmək üçün süni intellekt sahəsində əvvəlcədən bilik və ya təcrübə tələb olunmur.
AI4Real Bootcamp proqramında iştirak etmək istəyən tələbələr 03 avqust 2026-cı il tarixinədək https://forms.office.com/r/ngNHPyzFcR ünvanı vasitəsilə müraciət edə bilərlər. İştirakçılar yalnız təqdim olunan müraciət forması əsasında seçiləcək, əlavə imtahan və ya müsahibə mərhələsi nəzərdə tutulmur.
Qeyd edək ki, Azercell “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”na uyğun olaraq süni intellekt əsaslı həllərin tətbiqini genişləndirir, eyni zamanda bu sahədə peşəkar kadr potensialının inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyən edib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Çelsi" Pep Çavarriyanı transfer etdi - 5 illik müqaviləyə imza atıldı
Bugün, 09:27 İDMAN
-
"Hull City" Nobel Mendi ilə müqavilə imzaladı
Bugün, 09:12 İDMAN
-
Bakıda mağazada başlayan yanğın evlərə keçib - FOTOLAR
Bugün, 09:07 CƏMİYYƏT
-
PUTİN SAXALİNDƏN NATO, YAPONİYA VƏ AVROPANI HƏDƏLƏDİ: "İndi bu bölgədə münaqişə potensialı artıb" - "Mümkün hesab etdiyimiz yerdə qisas alacağıq"
Bugün, 00:15 GÜNDƏM
-
Duşan Vlahoviç İstanbula gəlib
Bugün, 00:06 İDMAN
-
"Allaha şükür ki, Yaxın Şərqin daha qoçusu yoxdur" - Tramp müsəlmansayağı mesaj verdi
Bugün, 00:05 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
Əkrəm İmamoğlu CHP-dən istefa verdi - 17 illik sevda bitdi
12.08.2026, 22:30 SİYASƏT
-
Romelu Lukaku "Fənərbağça"da - Müqavilə imzalandı
12.08.2026, 20:53 İDMAN
-
Naxçıvan: yeni iqtisadi imkanların ünvanı
12.08.2026, 19:54 İQTİSADİYYAT
-
Avqustun 12-də ilin ikinci Günəş tutulması başlayıb
12.08.2026, 19:40 GÜNDƏM
-
Naxçıvanın yeni inkişaf salnaməsi... - Vüqar Rəhimzadə yazır
12.08.2026, 19:37 SİYASƏT
-
Xocavənddə mina partlayıb - Xəsarət alanlar var
12.08.2026, 18:54 GÜNDƏM
-
İrakli Kobaxidze: "Azərbaycanla, eləcə də Türkiyə ilə çox yaxşı dinamika var və..."
12.08.2026, 18:02 GÜNDƏM
-
Daha bir tiktoker 700 manat cərimələndi
12.08.2026, 17:55 KRİMİNAL
-
"Qalatasaray" klubu ilə Viktor Osimhen arasında qalmaqal yaranıb
12.08.2026, 17:46 İDMAN
-
Bakı-Tbilisi sərnişin qatarında bilet böhranı: "Ortaq yoxlamalar təşkil etmək olar..."
12.08.2026, 17:29 CƏMİYYƏT
-
"Yeni Klinika"ya yeni mətbuat katibi təyin olunub
12.08.2026, 17:17 PRESS
-
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı: reallıqlar və perspektivlər
12.08.2026, 17:14 İQTİSADİYYAT
-
Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb
12.08.2026, 17:03 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
12.08.2026, 17:00 İQTİSADİYYAT
-
Özgür Özəl və daha iki deputat həbs təhlükəsiylə üz-üzə - Toxunulmazlığın qaldırılma tələbi parlamentə göndərildi
12.08.2026, 16:45 GÜNDƏM
-
Türkiyədə F-16 təyyarəsi qəzaya uğrayıb - FOTO
12.08.2026, 16:35 GÜNDƏM
-
Masazırda futbol azarkeşləri arasındakı isidentlə bağlı cinayət işi açılıb
12.08.2026, 16:24 KRİMİNAL
-
Ramiz Mehdiyevin hektarlarla torpağı üzə çıxdı...
12.08.2026, 16:14 SİYASƏT
-
Rusiya məhkəməsi "Telegram" və "Google"u yenə cərimələdi - 26 milyon
12.08.2026, 15:57 PRESS
-
Hakan Fidan sabah Misirə gedir
12.08.2026, 15:50 GÜNDƏM
-
Milli Qəhrəman üçmərtəbəli obyekt tikir - Nazirlik icazə verdi
12.08.2026, 15:32 GÜNDƏM
-
Keçmiş deputata kələk gəliblər - Biznes qurmaq istəyirmiş...
12.08.2026, 15:26 SİYASƏT
-
Mərkəzi Bank yeni binaya köçdü, bəs köhnə necə olacaq? - AÇIQLAMA
12.08.2026, 15:12 İQTİSADİYYAT
-
Ali təhsil müəssisələrinə ixtisas seçimi başladı - DİM açıqlama yaydı (Yenilənib)
12.08.2026, 14:59 GÜNDƏM
-
Ukrayna NATO-dan kömək istəyib - Minalarla bağlı
12.08.2026, 14:49 DÜNYA
-
İsrail Livanda məktəb və binaları bombalayıb
12.08.2026, 14:22 DÜNYA
-
Pakistan açıqladı: "ABŞ və İran atəşkəsin daha 60 gün uzadılmasına razılaşdı"
12.08.2026, 14:14 GÜNDƏM