"Telegram"ın qurucusu beynəlxalq axtarışa verildi - Rusiyada haqqında həbs qərarı çıxarıldı

\"Telegram\"ın qurucusu beynəlxalq axtarışa verildi - Rusiyada haqqında həbs qərarı çıxarıldı

PRESS

Bugün, 10:44

Rusiya hüquq-mühafizə orqanları "Telegram"ın qurucusu və baş direktoru Pavel Durovun haqqında beynəlxalq həbs qərarı çıxarıaraq onu axtarışa verib.

Mia.az xarici mətbuata istinadla buildirir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) açıqlama yayıb.

Qeyd edilib ki, Pavel Durovun "terror fəaliyyətinə şərait yaratmaq"da ittiham olunur: "Müvafiq məhkəmə orqanları onun rəhbərlik etdiyii platformaya qarşı terror və təxribat fəaliyyətləri ilə bağlı kanalları  silmə öhdəliyi qoyub. Paralel olaraq, Durova qarşı terror fəaliyyətinə kömək etmək ittihamı ilə cinayət işi açılb. O, istintaqdan yayınır. Bu və ya digər səbəblərdən barəsində həsb qərarı çıxarılıb, beynəlxalq axtarışa verilib.

O, Ukrayna kəşfiyyat xidmətlərinin və terrorçu və ekstremist təşkilatların Rusiyada təxribat və terror hücumları, kütləvi qətllər və kiberfırıldaqçılıq fəaliyyətlərini hazırlamaq və əlaqələndirməyə görə cavab verəcək".

Xatırladaq ki, "Telegram" Rusiyanın ən populyar mesajlaşma və sosial media tətbiqlərindən biridir. Durov isə ölkə xaricində yaşatyır.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR