Sabiq deputatın həbsdəki yeri dəyişdi - Komitə sədrinin qardaşı ilə davadan sonra

Sabiq deputatın həbsdəki yeri dəyişdi - Komitə sədrinin qardaşı ilə davadan sonra

SİYASƏT

Bugün, 12:55

Penitensiar Xidmətin 13 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan sabiq deputat Nazim Bəydəmirli 6 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

Məlumata görə, bu barədə qərar dünən axşam saatlarında icra olunub.

Qeyd edək ki, Nazim Bəydəmirli 13 Saylı Cəzaçəkmə Müəssisəsində dələduzluq cinayətlərinə görə cəza çəkən “Nehrəmli Sahib” kimi tanınan Sahib İbrahimov tərəfindən təxribata cəlb olunmuşdu.

Hər iki şəxs arasındakı mübahisədən sonra onlar cərimə təcridxanasına salınmışdı.

Onu da qeyd edək ki, bu, həmin müəssisədə Sahib İbrahimovun yaratdığı ilk qalmaqal deyil.

O, dəfələrlə ayrı-ayrı məhkumlarla münasibətdə də nizam-intizam qaydalarını pozaraq qalmaqal yaradıb/gununsesi.info.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR