"İNCƏSƏNƏT 88” QRUPU BİR ARADA... - Qrupun fəal üzvü Natella Zamanovanın 60 illik yubileyinə sözardı... (FOTOLAR)
MƏDƏNİYYƏT
28.07.2026, 15:52
...Hər kəs öz arzu və istəyi ilə ali məktəb seçib təhsil alır. İllər keçir təhsil illəri xatirələrə çevrilir. Tələbə yoldaşları əziz insanlar, yaxın dostlar kimi unudulmaz olur...
Bir zamanlar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib, indi “İncəsənət 88” Qrupunda cəm olan tələbə dostlar, onların ğözəl ənənələrini əks etdirən birlik barədə danışmaq istəyirəm.
“İncəsənət 88” Qrupu barədə həmişə mərhum qardaşım Hasil Tağıyevdən xoş sözlər eşitmişəm.
QISA ARAYIŞ: Hasil Tağıyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Uzun illər mədəniyyət sahəsində fəaliyyət göstərib. İmişli rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri, nazirlik nəzdində Elmi Metodik Mərkəzdə şöbə müdiri və “Qaydış” İçtimai Birliyinin sədri işləyib.
17 avqust 2025-ci il tarixdə əbədi məkana qovuşub. Üzüntülü günlərimizdə bizimlə bərabər olan “İncəsənət 88” Qrup üzvlərinin təklifi ilə həmin tarixdən qrupa gəldim və orada mərhum qardaşımı əvəz etməkdən də çox qürurluyam.
“İncəsənət 88” Qrupunda çox sağlam bir əhval-ruhiyyə var. Tələbə yoldaşları hər gün qrup vasitəsilə əlaqə saxlayıb, əziz günlərdə bir araya gəlirlər.
Bu gün Bakı şəhərində Reyhan istirahət məkanında qrupun fəal üzvü, bir müddət mədəniyyət sahəsində işləmiş və hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Natella Zamanovanın 60 illik yubiley tədbirinə toplaşdıq.
Tədbiri qrup rəhbəri Məhəmməd Dostuyev açdı. Qəlbi, ruhu poeziya həvəsli, mədəniyyət işçiləri Zöhrəli Əliyev və Manaf İmanov sona kimi tədbiri apardılar.
Qrup üzvləri adından Miribadət Abbasov Natella xanımın fotosu əks olunmuş xalçanı ona təqdim etdi.
Gəncə şəhərindən gəlmiş tələbə yoldaşı Haqverdi Mustafayev öz hədiyyəsini həyat yoldaşı Leyla xanımla birgə təqdim etdi.
Yubileyarın qızı, gənc rəssam Lamiyə Zaman xanım anasına öz fırçasında yaratdığı güzgü üzərində portiret əsəri alqışlarla qarşılandı.
Tələbə yoldaşlarından tanınmış sənətkar Rəhman Məmmədli, yazışı-publisist Əkrəm Qaflanoğlu, Lətif Zərbəliyev, Pərvanə xanım, Kifayət xanım, Südabə xanım öz ürək sözlərini söyləyib, yubileyara uğurlar dilədilər. Şairə Səidə Əşrəfqızı Natella xanımın yubiley tədbirinə yazdığı şeri oxudu.
Tədbir zamanı Natella xanıma xarici ölkələrdə yaşayan tələbə yoldaşları və yaxınlarının zəngləri də oldu. Moskvadan Nazim Məmmədovun zəngini tədbirdə iştirak edən oğlu, istedadlı gənc aktyor Kamil Nazimoğlu mikrafona qoyaraq bizlərə dinlətdi.
Sonda hər kəs üçün əziz olan, 60 yaşının işığına toplaşdığımız Natella xanım Zamanova və oğlu Şamil Zamanov tədbir iştirakşılarına minnətdarlığını bildirdi və birlikdə musiqi sədaları altında rəqslər oldu.
...Biz geri dönərkən həmkarım, birlikdə tədbirdə iştirak etdiyim Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon sektoru üzrə məsləhətçi Vüsal Bayramovla tədbirin gözəlliyi, zaman ötsə də tələbə yoldaşlarının belə mehriban olması və bir-birlərini araması kimi mənəvi dəyərlərin üstünlüklərindən danışdıq.
Səxavət TAĞLAR,
Azərbaycan Respublikasının Əməkdar müəllimi, Prezident mükafatçısı.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Zaur İsmayılov bu komandanın baş məşqçisi təyin olundu
Bugün, 10:40 İDMAN
-
Bölgələrdə yağış yağır
Bugün, 10:27 GÜNDƏM
-
“Ana oturub uşağının yanında qəlyan çəkir, bu uşaqın aqibəti necə olacaq?" - İqbal Ağzadə
Bugün, 10:00 SİYASƏT
-
"Ağıllı ol, əlimdə oteldə çəkilən videoların var" - Müğənnilər Damla ilə İradə arasında qalmaqal
Bugün, 00:05 MƏDƏNİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 CƏMİYYƏT
-
Bəhram Bağırzadədən kuryerə gözlənilməz jest: "Sür, get"
Bugün, 00:02 ŞOU-BİZNES
-
Konqres Azərbaycana dair 907-ci düzəlişlə bağlı məlumatlandırılıb
15.08.2026, 23:49 SİYASƏT
-
Ölümcül virusa yoluxan türkiyəli jurnalist vəsiyyətini açıqladı: "Belə öləcəyimi heç vaxt düşünməzdim" - VİDEO
15.08.2026, 19:52 PRESS
-
VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN... - Deputat yazır
15.08.2026, 19:26 YAZARLAR
-
Zakir Həsənovun ən gənc müavini: o, kimdir ki?
15.08.2026, 18:49 CƏMİYYƏT
-
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
15.08.2026, 18:19 İDMAN
-
Müğənni Pəriyar Məmmədova döyüldü: "Alnım şişib, gözümün altı göyərib"
15.08.2026, 17:44 FOTOQALERİYA
-
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama
15.08.2026, 17:00 GÜNDƏM
-
Deputatın oğlu MİT-ə qəbul olundu
15.08.2026, 16:40 SİYASƏT
-
Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - Xəbərdarlıq
15.08.2026, 14:15 GÜNDƏM
-
"Cavid Qurbanovun o sərvəti haradandır? Əgər sabah ona cinayət işi açılsa..." - Şair nazir müavininə elə mesaj verdi ki...
15.08.2026, 14:01 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
15.08.2026, 13:31 GÜNDƏM
-
"Orada kim təxribatla məşğul olur? - İcra başçısı sakininin şikayətini yarıda kəsdi, idarə rəisini sərt formada sorğu-suala tutdu (VİDEO)
15.08.2026, 12:45 GÜNDƏM
-
Xaçmazda atalar oğlanlarını bıçaqlayıb
15.08.2026, 12:25 KRİMİNAL
-
Azərbaycanın Qarabağ regionu ilə Rumıniyanın Maramureş regionu arasında yeni razılaşmalıar olub - FOTOLAR
15.08.2026, 11:53 SİYASƏT
-
Böyükşor gölü yaşıl rəngə boyanıb: nə baş verir? - "Laborator analizlər aparılır"
15.08.2026, 10:46 CƏMİYYƏT
-
28 May və Nizami stansiyaları arasında qatarların hərəkəti dayandırıldı - Avtobus işə salındı
15.08.2026, 10:20 GÜNDƏM
-
Nazirlikdən küləkli hava ilə bağlı - Xəbərdarlıq
15.08.2026, 09:38 GÜNDƏM
-
Azərbaycan nefti 92 dollara satılır
15.08.2026, 09:11 İQTİSADİYYAT
-
Bitki yağlarında TƏHLÜKƏLİ maddələr - Adlar, ölkələr...
15.08.2026, 00:24 İQTİSADİYYAT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
15.08.2026, 00:08 GÜNDƏM
-
İmmobile aktiv futbolla vidalaşdı - AÇIQLAMA
14.08.2026, 23:15 İDMAN
-
AK Partiyanın 25 illik yubileyi - Ərdoğan dronların yaratdığı görüntülərdən məst oldu (FOTO)
14.08.2026, 22:26 GÜNDƏM
-
Xoşqədəm: "Sabah nə olacaq, düşünməyin"
14.08.2026, 22:12 PRESS
-
“Ürəyim tək sənin üçün döyünür hər dəfə” - Xalq artisti kimə aşiq olub?
14.08.2026, 21:50 ŞOU-BİZNES
-
"MƏNİ TƏLƏYƏ SALDILAR, İÇƏRİ GİRƏN KİMİ..." - Zorlamaya cəhd ittihamı ilə döyülən deputat spikerdən toxunlmazlığının ləğvini istədi
14.08.2026, 21:36 SİYASƏT
-
Qubada zəlzələ olub (Yenilənib)
14.08.2026, 21:08 GÜNDƏM
-
Səlahəddin Dəmirtaş bu tarixdə azadlığa buraxılacaq? - "İnşallah, o, bizimlə olacaq"
14.08.2026, 20:10 DÜNYA
-
Şamaxıda kişi həyətində ölü tapılıb
14.08.2026, 19:22 CƏMİYYƏT