Tarix yazan xalq... - İcra başçısının birinci müavini yazır
YAZARLAR
27.02.2021, 16:31
Gülarə Verdiyeva,
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini,
YAP Nəsimi rayon Qadınlar Şurasının sədri
***
30 il ürəklərdə qalan arzular bu gün real həyata çevrildi. Dədə-baba yurdundan qovulan körpə balalar bu gün Qarabağa əldə silah, müzəffər Ordunun xilaskar əsgəri kimi qayıtdı. Nənə və babalarımızın, ata və analarımızın arzuları çin oldu, müqəddəs torpaqlarımız düşmən işğalından azad edildi. Zəfər dolu bu günləri yaşamaq elə bir hissdir ki, onu sözlə ifadə etmək mümkün deyildir.
Artıq biz zəfər qazanmış qalib bir xalqıq. Bütün dünya gördü ki, biz 44 gün ərzində işğal altında olan müqəddəs torpaqlarımızı erməni işğalından azad etdik və qələbə çaldıq. Çünki, bizim müharibəmiz azadlıq müharibəsi idi, ədalət müharibəsi idi. Düşmən isə işğalçılıq müharibəsi aparırdı. Bütün dünya bilir ki, haqq-ədalət bizim tərəfimizdədir. 30 il ədalət carçısı olduq, haqqımızı tələb etdik, qan tökülməsin, sülh olsun dedik, lakin buna məhəl qoymadılar. Ermənipərəs ölkələr münaqişənin sülh yolu ilə həllindən başqa yol yoxdur dedilər. Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev hər kəsin cavabını verdi və “Var başqa yol” dedi, eyni zamanda da dediyini etdi. Ali Baş Komandanın əmri ilə döyüşə atılan müzəffər Ordumuz 30 ilə yaxın davam edən status-kvonu qısa bir zaman içərisində dəyişdi. İndi nə status-kvo var , nə də təmas xətti. Bunu xalqımızın iradəsi ilə Ali Baş Komandan, Azərbaycan Ordusu döyüş meydanında sübut etdi.
Bu bir həqiqətdir ki, güclü və qüdrətli ordusu, qətiyyətli və uzaqgörən lideri olan dövlətin müstəqilliyi sarsılmaz və əbədidir. Ali Baş Komandanımız İlham Əliyev 30 il erməni işğalı altında saxlanılan torpaqlarımızı 44 gün ərzində azad etməkləşanlı tariximizin zəfər səhifəsini yazdı.
Ail Baş Komandanımız İlham Heydər oğlu öz fəaliyyəti, cəsarəti və müdrük qərarları ilə dünyanın gözündə bir daha yüksəldi, özü ilə bərabər xalqımızın şərəfini, ləyaqətini də göylərə qaldırdı.
Son hadisələr düşmənə də, bütün dünyaya da göstərdi ki, bu şərəfli, namuslu xalqın hissiyatı ilə oynamaq, onu təhqir etmək olmaz. Öz liderinin ətrafında yumruq kimi birləşən, misli görünməmiş həmrəylik nümayiş etdirən Azərbaycan xalqı doğma torpağı uğrunda ölüm-dirim savaşına qalxaraq, müqəddəs torpaqlarımızı erməni işğalından azad etdi. Millətimizin hər bir övladı birləşərək bir ürək kimi vurdu. Sözün əsl mənasında 44 günlük döyüş əsl Vətən müharibəsi idi.
Vətənin mərd oğulları öz canı-qanı bahasına düşməni vətən torpaqlarından qovub çıxardı və şanlı tarixi yazdı. Danılmaz həqiqətdir ki, Azərbaycan zəfərin əldə olunması üçün illər ərzində böyük hazırlıq işləri görürdü. 30 ildə Azərbaycan
xalqı bütün gücünü səfərbər etdi, eyni zamanda gənc, vətənpərvər bir nəsil yetişdirdi.
Bütün gənclər səfərbər oldu. Müharibə başlandığı gündən gənclər könüllü olaraq döyüşə yollandılar. Hər gün yüzlərlə gənc cəbhə bölgəsinə getmək, orada döyüşmək istədiyini bildirdilər. Nəsimi rayonundan da 1000-dən artıq igid oğullarımız qəhrəmanlıqla döyüşdülər. Vətənpərvərlik ruhunda, dövlətə sədaqət ruhunda yetişmiş Azərbaycan gəncləri torpaqlarımızı yağı düşməndən azad etdilər.
Bu qələbə tarixi hadisədir. Azərbaycan tarixində buna bənzər parlaq qələbə olmamışdır. Azərbaycan xalqı bu qələbə ilə bütün dünyaya öz gücünü göstərdi...
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
ABŞ və BƏƏ İrana hücum edib, rəsmi Tehran gözləmə mövqeyindədir – Müharibə yenidən başlaya bilər?
Bugün, 00:17 GÜNDƏM
-
BƏƏ İranı Beynəlxalq Ədalət Məhkəməsinə verməyə hazırlaşır
Bugün, 00:04 GÜNDƏM
-
İsraildə hantavirus aşkarlanıb
Bugün, 00:02 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 MƏDƏNİYYƏT
-
Latviya Rusiyaya nota verdi
07.05.2026, 23:24 DÜNYA
-
Politoloq Zeynal Əmrəliyev rəis təyin olundu
07.05.2026, 23:11 SİYASƏT
-
Məzarlıqda üçmərtəbəli evi kimlər tikir? - “Sən evini tikirsən, bəs camaatın qəbri ilə nə işin var?” + VİDEO/AÇIQLAMA
07.05.2026, 22:48 CƏMİYYƏT
-
Emin Əmrullayev, Elçin Quliyev, Orxan Məmmədov... - Vəzifəli şəxslər futbolda + VİDEO
07.05.2026, 22:12 SİYASƏT
-
Azərbaycanla Ukrayna arasında Anlaşma Memorandumu imzalanıb
07.05.2026, 22:07 GÜNDƏM
-
Bələdiyyə sədrinin Ərdoğanın lideri olduğu AK Partiyaya keçəcəyi tarix bəlli oldu
07.05.2026, 21:01 SİYASƏT
-
Putin orduya tapşırıq verdi - Ukraynada iki günlük atəşkəs elan edildi
07.05.2026, 19:03 GÜNDƏM
-
ABŞ-ın İranla təklif etdiyi anlaşma İsraili qorxutdu: “Bu, bizim üçün fəlakətdir”
07.05.2026, 18:50 GÜNDƏM
-
Meteor yağışı yağacaq
07.05.2026, 18:09 GÜNDƏM
-
Naibə Allahverdiyevadan mükafatlandırılmasına reaksiya: “Allahın izni ilə..."
07.05.2026, 17:59 MƏDƏNİYYƏT
-
İkiüzlü olmayın, kişi olun!
07.05.2026, 17:57 YAZARLAR
-
Nurlan Fətəliyev xidmət rəhbəri təyin edilib
07.05.2026, 17:49 CƏMİYYƏT
-
WUF13 Təşkilat Komitəsinin iclası keçirilib, yeni tapşırıqlar verilib - FOTOLAR
07.05.2026, 17:35 GÜNDƏM
-
Qurban Qurbanov indi də maşın alverinə girişdi - Baş məşqçi biznesini böyüdür
07.05.2026, 17:19 İDMAN
-
QADIN BƏLƏDİYYƏ SƏDRİ UĞRUNDA SAVAŞ: təşkilat xəbərdarlıq edir, sədr telefona cavab vermir - CHP-çı sədri AKP-yə keçəcəkmi?
07.05.2026, 17:14 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
07.05.2026, 17:00 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev daha bir dəyişikliyi təsdiqləyib
07.05.2026, 16:47 GÜNDƏM
-
Bakıda şadlıq sarayında ətlərdə at DNT-si aşkarlandı - Açıqlama + FOTO
07.05.2026, 16:44 İQTİSADİYYAT
-
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - TAM SİYAHI
07.05.2026, 16:37 MƏDƏNİYYƏT
-
"BakuBus" və "Bakı Taksi Xidməti "Bakı Metropoliteni"nə birləşdirildi - Prezident fərman imzaladı
07.05.2026, 16:24 GÜNDƏM
-
Türkiyə Mərkəzi Bankın ehtiyatları bir həftə içində azaldı – 5.5 milyard dollar...
07.05.2026, 16:19 İQTİSADİYYAT
-
Agentlik sədrinin yeni müşaviri idarə müdirini qapı arxasında qoyub - İclasa gecikdiyi üçün
07.05.2026, 16:07 CƏMİYYƏT
-
Bu şəxslərə Prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAM + SİYAHI
07.05.2026, 16:05 GÜNDƏM
-
Növbəti üç gündə yağıntı intensivləşəcək - Xəbərdarlıq
07.05.2026, 16:00 GÜNDƏM
-
Vəkilliyə qəbul üzrə test imtahanı keçirilib
07.05.2026, 15:55 GÜNDƏM
-
“Azərsun Holdinq”də ailədaxili gərginlik iddiası: Tahir Gözəl qardaşının vəzifədən azad etdiyi direktoru geri qaytardı
07.05.2026, 15:47 CƏMİYYƏT
-
Mərkəzi Bank Elman Rüstəmova məxsus bankı cəzalandırdı
07.05.2026, 15:43 İQTİSADİYYAT
-
Türkiyə–Ermənistan münasibətlərinin normallaşmasına rəsmi Bakının baxışı... - TƏHLİİL
07.05.2026, 15:28 GÜNDƏM
-
Gələn həftənin birinci günü iş günü olmayacaq
07.05.2026, 15:23 GÜNDƏM
-
Misir Mərdanov: "Emin Əmrullayevin fikirləri ilə razıyam"
07.05.2026, 15:20 SİYASƏT