İran: Hörmüz boğazı 4 ölkənin gəmiləri üçün açıqdır

İran: Hörmüz boğazı 4 ölkənin gəmiləri üçün açıqdır

İQTİSADİYYAT

Bugün, 00:03

"Hörmüz boğazı 4 ölkənin gəmiləri üçün açıqdır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Əmir Həyat Mükaddem yerli mətbuata deyib.

Onun sözlərinə görə, Hindistan, Çin, İraq və Qətərə məxsus gəmilər Hörmüz boğazında tranzit məhdudiyyətlərindən azad formada rahat keçib-gəlirlər: "Biz bu ölkələri - Hazırda Hindistan, Çin, İraq və Qətəri tranzit məhdudiyyətlərindən azad etmişik. Bu ölkələrdən gələn gəmilər sərbəst keçir. Amerikalılar da bu gəmilərə müdaxilə etmirlər"

O, əlavə edib ki,  İran yalnız Qətərdən tranzit haqqı almır: "Bunun da konkret səbəbləri var və hər şey  qarşılıqlı maraqlara uyğun gedir"

Həyat Mükaddem etiraf edib ki, Hindistan gəmilərinə güzəşt ölkədən dərman idxalı üçündür, Çin gəmilərinə isə güzəşt Pekinin siyasi dəstəyini qazanmaq məqsədi daşıyır: "Lakin Hindistan və Çindən tranzit haqları alınır"

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR