Qrenlandiya parlamenti ABŞ-la "Strateji Təhlükəsizlik Sazişi"ni təsdiqlədi

Qrenlandiya parlamenti ABŞ-la \"Strateji Təhlükəsizlik Sazişi\"ni təsdiqlədi

DÜNYA

Bugün, 00:28

Bir neçə gün əvvəl adada beynəlxalq hava limanı açmaqla müstəqilliyə doğru bir addım atan Danimarkanın tərkibindəki Qrenlandiya parlamenti bu gün daha bir diqqət çəkən qərar verib.

Mia.az xəbər verir ki, ada parlamenti ABŞ-ın hərbi mövcudluğunun genişləndirilməsinə qanuni imkan yaradan "Strateji Təhlükəsizlik Sazişi"ni ratifikasiya edib.

Məlumata görə, bununla bağlı səsverməyə 16 millət vəkili "bəli" cavabı verib, 7-si bitərəf qalıb, əleyhinə səs verən olmayıb.

Xatırladaq ki, sentyabrın 22-də BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda ABŞ Prezidenti Donald Tramp, Danimarka Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Yens Frederik Nilsen sözügeən sazişi imzalamışdılar.

Samir USAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR