Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi + VİDEO, FOTOLAR
MƏDƏNİYYƏT
Bugün, 22:17
İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb.
Göy məscidin XVIII əsrdə guya Əfşarlar sülaləsinin hakimiyyəti dövründə Hüseynəli xan tərəfindən inşa edildiyi bildirilir.
Məscid İranın mədəni irsinin nümunəsi kimi təqdim olunur, onun İrəvan şəhərinin tarixindəki yeri isə İranın mədəni təsiri kontekstində izah edilir.
Əvvəla, Göy məscid Əfşarlar sülaləsinin deyil, İrəvan xanlığının hakimi Hüseynəli xan Qacarın hakimiyyəti dövründə inşa edilib.
Məscidin tikintisinə 1760-cı ildə başlanıldığı, 1766-cı ildə tamamlandığı barədə məlumatlar mövcuddur.
Bunu təkcə Azərbaycan mənbələri deyil, İrəvan şəhərinin rəsmi turizm portalı da təsdiqləyir.
Portalda məscidin inşaatçısı açıq şəkildə “İrəvan sərdarı Hüseynəli xan” kimi göstərilir.
Belə olan halda, məscidin tikintisini Əfşarlar sülaləsi ilə əlaqələndirmək tarixi hadisələrin və siyasi hakimiyyətin yanlış təqdimatıdır.
Digər mühüm məqam isə məscidin inşa edildiyi şəhərin tarixidir.
Göy məscid həmin dövrdə müstəqil İran şəhərində deyil, Azərbaycan xanlıqlarından biri olan İrəvan xanlığının mərkəzində tikilib.
İrəvan xanlığı XVIII əsrdə bölgənin siyasi və ictimai həyatında mühüm yer tutan Azərbaycan xanlıqlarından olub.
Uzunluğu- 97,2 eni isə- 66,5 metr olan Göy məscid İrəvanın ən böyük məscidi, eyni zamanda şəhərin əsas dini mərkəzi olub.
Kompleks tək minarədən, ibadət zallarından, mədrəsədən, kitabxanadan, din xadimləri üçün nəzərdə tutulmuş otaqlardan və geniş daxili həyətdən ibarət olub.
.png)
Məscidin tarixi ilə bağlı Azərbaycan tədqiqatçılarının araşdırmalarında da diqqətçəkən faktlar yer alır.
Ələkbər Ələkbərlinin “Qərbi Azərbaycan abidələri”, tarixçi Nazim Mustafanın “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri” və “İrəvan şəhəri” əsərlərində məscidin XVIII əsrdə İrəvan xanı Hüseynəli xan tərəfindən inşa etdirildiyi qeyd olunur.
Məscidin sonrakı taleyi də onun tarixinin hansı siyasi və mədəni şəraitdə formalaşdığını göstərir.
Sovet hakimiyyəti dövründə dini fəaliyyətini dayandıran Göy məscid 1930-cu illərdən etibarən muzey kimi istifadə olunub.
1937–1982-ci illərdə burada İrəvan şəhərinin Tarix və Təbiət Tarixi muzeyləri də yerləşdirilib, ibadət ocağının kiçik zalı sonradan planetariyə çevrilib.
Göy məscidin tarixində 1918-ci il də xüsusi yer tutur. Həmin il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edilib, mayın 29-da isə Milli Şuranın qərarı ilə İrəvan şəhərinin Ermənistanın siyasi mərkəzi kimi istifadəsinə razılıq verilib.
.png)
Bu qərar İrəvanın Azərbaycan tarixindəki yerini və bölgənin sonrakı siyasi taleyini müzakirə edərkən nəzərə alınmalı olan mühüm tarixi hadisədir.
Məscidin sonrakı dövrdəki taleyi də diqqətçəkəndir. 1991-ci ildə Ermənistan müstəqillik əldə etdikdən sonra İran tərəfinin müraciəti və iştirakı ilə məscidin dini və mədəni mərkəz kimi fəaliyyətinin bərpası istiqamətində addımlar atılıb.
1995-ci ildə imzalanmış razılaşmadan sonra İran tərəfi abidənin bərpası və mədəni məqsədlərlə istifadəsində iştirak edib. Bərpa prosesi 2010-cu ildə başa çatıb.
.png)
Beləliklə, Göy məscidin İran memarlıq ənənələrinin təsirini daşıması onun İrəvan xanlığı dövründə yaranmış tarixini və Azərbaycan tarixindəki yerini arxa plana keçirməməlidir.
İranın bərpa prosesində iştirakını və abidənin memarlığında İran ənənələrinin təsirini inkar etmək mümkün deyil. Lakin bunlar məscidin inşa edildiyi tarixi-siyasi mühiti və İrəvan xanlığının tarixini dəyişmir.
İran səfirliyinin paylaşımında məhz bu tarixi kontekst nəzərə alınmayıb. Üstəlik, Hüseynəli xan Qacarın hakimiyyət dövrünün Əfşarlar sülaləsi ilə əlaqələndirilməsi kobud tarixi səhvdir.
Hazırladı:Telli Minbir
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Çempionlar Liqası: "Qalatasaray" 3 dəqiqəyə 2 qol atdı (YENİLƏNİR)
Bugün, 22:57 İDMAN
-
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi + VİDEO, FOTOLAR
Bugün, 22:17 MƏDƏNİYYƏT
-
Yeni icra başçısı birinci müavinini vəzifədən çıxardı - FOTO
Bugün, 20:45 CƏMİYYƏT
-
Çempionlar Liqası: "Real" Arda Güləri heyətə daxil etmədi
Bugün, 19:41 İDMAN
-
ABŞ İsrailə yardımı dayandırdı, İrana isə... - "Məqsədim çox insanı öldürmək deyil, amma məcbur olsaq, bunu etməli olacağıq"
Bugün, 19:00 GÜNDƏM
-
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi - Şok iddia ilə (YENİLƏNİB)
Bugün, 18:57 KRİMİNAL
-
İsraildən qalxan təyyarədə "bomba" anonsu qorxu saçdı
Bugün, 18:08 DÜNYA
-
ABŞ və İran yeni təklifləri dəyərləndirir - Qətərdən mühüm açıqlama
Bugün, 18:01 DÜNYA
-
İran ABŞ-ın iki dronunu vurub
Bugün, 17:57 DÜNYA
-
Ramiz Mehdiyevin qızı: "Atama dedim ki, bu vərəqi cır, at..." - "Həyat yoldaşım da yazılanlarla tanış olduqdan sonra..."
Bugün, 17:44 SİYASƏT
-
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Bugün, 17:41 GÜNDƏM
-
İRAN NÜVƏ TƏHDİDİNƏ TƏHDİDLƏ CAVAB VERDİ: "Əlimiz bağlı deyil, qalmayacaq, heç kim də belə duracağımızı gözləməsin!"
Bugün, 17:39 GÜNDƏM
-
"Azercell"in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Bugün, 17:25 CƏMİYYƏT
-
15300 manata "Hyundai ix-35", 9200 manata "Ford Transit"... - 67 maşın hərracda satıldı
Bugün, 17:16 İQTİSADİYYAT
-
DTX-dən xaricdə əməliyyat: separatçılıq və "terrora çağırış"la axtarışda olan Fetiyev ölkəyə gətirildi
Bugün, 17:05 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Əli Əsədov daha bir qərar imzalayıb
Bugün, 16:38 GÜNDƏM
-
RƏİSLƏR, İCRA BAŞÇISI, REKTOR... - Əli Əsədov bu şəxslərə hava limanında "yaşıl işıq" yandırdı
Bugün, 16:25 GÜNDƏM
-
PREZİDENT BU AGENTLİYƏ SƏDR TƏYİN ETDİ: Əsasnamə və struktur təsdiqləndi
Bugün, 16:13 GÜNDƏM
-
Əli Kərimli ilə müavini məhkəmədə: anket məlumatları dəqiqləşdi və...
Bugün, 15:36 SİYASƏT
-
Buxarest şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
Bugün, 15:27 SİYASƏT
-
Kremldən TDT-yə qatılma çağırşına reaksiya: "Məntiqlidir"
Bugün, 15:18 GÜNDƏM
-
AzTV-də dəyişiklik - Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifədən ayrıldı
Bugün, 15:07 PRESS
-
Canlı yayımda söyüş söyən tiktoker yenidən həbs edildi
Bugün, 14:59 KRİMİNAL
-
Futbol dünyası yasda! - Futbolçu qapıçı ilə toqquşduqdan sonra öldü + FOTOLAR
Bugün, 14:42 İDMAN
-
Tramp və Putin gəlir - Çində təhlükəsizlik ən üst səviyyəyə çıxarıldı, hətta restoran və qəssabxanalardakı bıçaqlar da zəncirlənib
Bugün, 14:36 DÜNYA
-
FƏLƏSTİN–KİPR GÖRÜŞÜ: HUMANİTAR DİPLOMATİYADAN REGİONAL SİYASİ MARAQLARA DOĞRU... - TƏHLİL
Bugün, 14:24 SİYASƏT
-
"WhatsApp"da saxta kampaniyalarla bağlı xəbərdarlıq: 100 manat məbləğində pul mükafatı...
Bugün, 14:08 CƏMİYYƏT
-
Deputat: "Bəs onda kəndlərdə və aqroparklarda işə götürülən şəxslərlə bağlı ehtiyac haradan yaranır?"
Bugün, 14:02 İQTİSADİYYAT
-
Deputat parlamentdə: "Mütəxəssis adı altında ölkəmizə gələn şəxslərin fəaliyyəti ciddi yoxlanılmalıdır"
Bugün, 13:45 SİYASƏT
-
"Elektron ticarət haqqında" qanun dəyişir
Bugün, 13:14 İQTİSADİYYAT
-
Meydan TV-nin hǝbsdǝ olan ǝmǝkdaşları bəyanat yayıb
Bugün, 12:55 PRESS
-
Azərbaycanla Özbəkistan arasında imzalanmış sazişlər ratifikasiya olunub
Bugün, 12:53 SİYASƏT
-
AFFA bu klubları cəzalandırdı
Bugün, 12:53 İDMAN