Tramp və Putin gəlir - Çində təhlükəsizlik ən üst səviyyəyə çıxarıldı, hətta restoran və qəssabxanalardakı bıçaqlar da zəncirlənib

Tramp və Putin gəlir - Çində təhlükəsizlik ən üst səviyyəyə çıxarıldı, hətta restoran və qəssabxanalardakı bıçaqlar da zəncirlənib

DÜNYA

Bugün, 14:36

Noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək 21 böyük iqtisadiyyata sahib ölkələrin təmsil olunduğu APEC Liderlər Zirvəsi ilə bağl rəsmi Pekin dünyanın diqqətini çəkən ən üst səviyyəli təhlükəsizlik tədbirlərinə başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Donald Tramp, Vladimir Putin və Si Cinpinin qatılması gözlənilən sammitdən əvvəl bəzi restoranlardakı mətbəx bıçaqları zəncir və kilidlərlə bərkidilib. Restoranlarda yemək hazırlamağı çətinləşdirən təcrübə ilə yanaşı, şəhərdə kəsici alətlərin sifarişinə məhdudiyyətlər də gündəmə gəlib. Hətta qəssabxanalardakı balta və dəhrələr belə zəncirlənib.

Məlumata görə, hətta Şençjen şəhərinin Lonhua rayonunda əhali bir-bir yenidən siyahıya alınaraq bölgəyə indidən əlavə polis qüvvələri yerləşdirilməyə başlanıb: "Üstəlik, Şençjen şəhərinə 28 oktyabr - 19 noyabr tarixləri arasında bütünnöv kəsici alətlərin onlayn sifarişi də qadağan olunub.

Xatırladaq ki, APEC Liderlər Zirvəsi 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək

E.Araz

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR