ABŞ İsrailə yardımı dayandırdı, İrana isə... - "Məqsədim çox insanı öldürmək deyil, amma məcbur olsaq, bunu etməli olacağıq"

ABŞ İsrailə yardımı dayandırdı, İrana isə... -  \"Məqsədim çox insanı öldürmək deyil, amma məcbur olsaq, bunu etməli olacağıq\"

GÜNDƏM

Bugün, 19:00

ABŞ İsrailə yardımı dayandırıb.

Mia.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News"a açıqlama verib.

O bildirib ki, İsrailə 4 milyard dollarlıq yardım kəsilib: "Biz artıq İsrailə pul verməyəcəyik. İlin sonuna qədər İsrailə yardımın dayandırılması barədə razılığa gəldik. Əslində, İsrailin Baş naziri Binyamin Netanyahunun özü bunu istədi. O, İsrailin inkişaf etmiş bir ölkə olduğunu və yardıma ehtiyacı olmadığını dedi". 

Tramp bugünkü aralıq seçkilərdən sonra İrana qarşı hansı tədbirlərin görüləcəyi ilə bağlı suala isə belə cavab verib: "Məqsədim çox insanı öldürmək deyil, amma məcbur olsaq, bunu etməli olacağıq. Amma məqsədim bu deyil".

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR