Buxarest şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
SİYASƏT
03.11.2026, 15:27
2 noyabr 2026-cı il tarixində Azərbaycanın Rumıniyadakı Səfirliyinin təşkilatçılığı ilə Buxarestdəki “Club Diplomatic” sarayında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycanın Rumıniyadakı Səfirliyi məlumat yayıb.
Bildirilib ki, mərasimdə Rumıniyanın dövlət xadimləri, hökumət nümayəndələri, çoxsaylı deputat və senatorlar, ictimai-siyasi xadimlər, bu ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, elm və mədəniyyət xadimləri, yerli KİV rəhbərləri, çoxsaylı türk və tatar icmasının təmsilçiləri, İran azərbaycanlıları icmasının üzvləri, Rumıniyada təhsil alan və məskunlaşmış həmvətənlərimiz iştirak ediblər.
Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən səfir Qüdsi Osmanov Vətən müharibəsinin tarixi əhəmiyyətindən söz açıb. Səfir 30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarının işğal altında qaldığını, etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının doğma yurdlarından didərgin düşdüyünü, işğal altında olan şəhərlərin, kəndlərin bütövlüklə xarabaya çevrildiyini, BMT-nin məlum 4 qətnaməsinin icra olunmadığını bildirib.
Diplomat xalqımızın heç vaxt tarixi ədalətsizliklə barışmadığını, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini qeyd edib.
Eyni zamanda, münaqişədən sonrakı dövrdən söz açan səfir Qarabağın günü-gündən dirçəlməsini, regionda miqyaslı quruculuq-bərpa işlərinin, beynəlxalq layihələrin həyata keçirildiyini iştirakçıların diqqətinə çatdırıb. Həmçinin diplomat qeyd edib ki, Azərbaycanın zəfəri regiona davamlı sülh gətirib və əslində bölgə xalqlarının ümumi qələbəsi kimi qiymətləndirilməlidir.
Belə ki, qələbə sayəsində region xalqlarının daimi dinc birgəyaşayışı üçün möhkəm zəmin yaradılıb.
Tədbirdə əsas qonaq qismində iştirak edən Rumıniya Senatının sədri Mirça Abrudean 8 noyabr gününün Azərbaycan tarixində tutduğu yerə toxunub, onun Cənubi Qafqaz regionunun inkişafında yeni səhifə açdığını bildirib. O nəzərə çatdırıb ki, Rumıniya Azərbaycanın etibarlı dostu və strateji tərəfdaşıdır, iki ölkə arasında dostluq münasibətləri ümumi strateji maraqlara və qarşılıqlı inama söykənir. M.Abrudean qeyd edib ki, hazırkı beynəlxalq münasibətlər sistemində regional və beynəlxalq təhlükəsizliyə təhlükələr çoxalıb və bu kontekstdə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət edilməsinin, eləcə də anlaşmazlıqların diplomatik səylər yolu ilə həll olunmasının vacibliyi daha da önə çıxıb.
Hazırkı tarixi məqamın Cənubi Qafqaz üçün yeni dəyişikliklər dövrünün başlanğıcını təmsil etdiyini vurğulayan Senat sədri artıq regionun iqtisadiyyat, enerji və nəqliyyat layihələrinin inkişafı ilə yad edilməsinin vaxtının çatdığını bildirib.
Sonra 8 Noyabr - Zəfər Gününə həsr olunmuş qısa videoçarx nümayiş edilib.
Tədbir iştirakçıları eləcə də Azərbaycan xalqının Zəfərinə, habelə işğaldan azad olunmuş ərazilərində bərpa və quruculuq işlərinə, mina probleminə həsr olunmuş fotosərgi ilə tanış olublar.
Mərasimin sonunda iştirakçılara Azərbaycan milli mətbəxinə məxsus təamlar təqdim edilib.
Tədbir Rumıniya mətbuatında da geniş işıqlandırılıb və ölkəmizin müstəqil dövlət kimi güclənməsini əks etdirən rəmzi bir hadisə kimi təqdim olunub.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Türkiyədə - FOTOLAR
Bugün, 19:15 GÜNDƏM
-
Ceyhun Bayramov səfirə medal təqdim etdi
Bugün, 15:32 SİYASƏT
-
6 ildir bayramlarımız qara gəlmir... - Seymur Verdizadə yazır
Bugün, 14:17 YAZARLAR
-
Sabah yağış intensivləşəcək - Xəbərdarlıq
Bugün, 14:15 GÜNDƏM
-
İlham Əliyevdən Ərdoğana başsağlığı: "Xəbər bizi son dərəcə sarsıtdı"
Bugün, 11:47 GÜNDƏM
-
SOCAR Türkiyədəki neft emalı zavoduna 120 milyon dollar əlavə sərmayə yatıracaq
Bugün, 11:46 İQTİSADİYYAT
-
“Türkiyə-Azərbaycan birliyi əbədidir!” - Prezident İlham Əliyev bu videoçarxı paylaşdı + VİDEO
Bugün, 10:13 GÜNDƏM
-
Azərbaycan nefti 7 dollara yaxın ucuzlaşdı
Bugün, 09:57 İQTİSADİYYAT
-
Qubada avtomobil aşıb, ölən var (Yenilənib)
Bugün, 09:38 KRİMİNAL
-
Azərbaycan XİN: "Dünya tarixində silinməz iz qoymuş böyük şəxsiyyət Atatürkü dərin ehtiram və..."
Bugün, 09:11 SİYASƏT
-
Xətaidə qanunsuz obyekt tikilir? - VİDEO
Bugün, 00:07 CƏMİYYƏT
-
Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
09.11.2026, 22:01 SİYASƏT
-
Rəsmi Bakıdan Türkiyəyə başsağlığı: "Xəbər bizi dərindən kədərləndirdi"
09.11.2026, 20:10 SİYASƏT
-
Mehriban Əliyeva: “Hacıqabul rayonu, Bakı yolunda. Təbii Zəfər Tağı. 9.11.26”
09.11.2026, 19:42 GÜNDƏM
-
Elza Seyidcahan: "Onların pulları ancaq bədən doğratdırmağa gedir"
09.11.2026, 18:08 MƏDƏNİYYƏT
-
Noyabrın 9-dan 15-dək üç bürc sərvət və uğur qazanacaq
09.11.2026, 17:15 CƏMİYYƏT
-
Prezident səfirlə bağlı sərəncam imzaladı
09.11.2026, 16:20 GÜNDƏM
-
Bakıda ağac maşının üzərinə aşıb
09.11.2026, 16:07 CƏMİYYƏT
-
"Bank Respublika"nın imtiyazlı səhmləri: onu kimlər aldı? - Yeni gedişat Azərbaycan və onun bank sektoruna nə vəd edir?
09.11.2026, 15:45 İQTİSADİYYAT
-
Ərdoğan Trampla telefon danışığı haqda suala belə cavab verdi: "Üçurumun kənarındayıq"
09.11.2026, 15:40 GÜNDƏM
-
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
09.11.2026, 15:15 GÜNDƏM
-
İzmirdə fabrikdə partlayış: 3 nəfər ölüb, 10 nəfər dağıntılar altında qalıb
09.11.2026, 15:03 DÜNYA
-
Mingəçevirdə qazi bıçaqlandı
09.11.2026, 14:21 KRİMİNAL
-
Sabah hava necə olacaq? - Proqnoz
09.11.2026, 12:30 CƏMİYYƏT
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
09.11.2026, 11:04 GÜNDƏM
-
İlham Əliyev Kamboca Kralına məktub ünvanlayıb -MƏTN
09.11.2026, 10:59 GÜNDƏM
-
"Ya da müharibəni, ya cəhənnəmi seçin" - İran XİN başçısından ABŞ-a açıq xəbərdarlıq
09.11.2026, 10:23 DÜNYA
-
Mehriban Əliyeva: "Qoy sonsuz qürur mənbəyimiz olan..." - FOTO
09.11.2026, 09:21 GÜNDƏM
-
"Mətbuata servis olunan bu foto adamın qanını qaraldır"
09.11.2026, 09:05 CƏMİYYƏT
-
İlham Əliyevdən paylaşm: "Eşq olsun Azərbaycan Bayrağına!” - VİDEO
09.11.2026, 00:05 GÜNDƏM
-
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür
09.11.2026, 00:01 GÜNDƏM
-
Ərdoğan Azərbaycandan belə yola salındı - FOTOLAR
08.11.2026, 20:54 GÜNDƏM
-
Prezident və xanımı adından Ərdoğan və xanımının şərəfinə rəsmi ziyafət verilib - FOTOLAR
08.11.2026, 20:09 GÜNDƏM
-
Şahbuza mövsümün ilk qarı yağır - FOTOLAR
08.11.2026, 18:35 CƏMİYYƏT