Bülent Arınç Ərdoğandan vəzifə istədi

Bülent Arınç Ərdoğandan vəzifə istədi

SİYASƏT

Bugün, 09:03

Türkiyədə hakim və prokurorların 65 yaşı senzini nəzərdə tutan konstitusiya müddəasını ən azı 72-yə qaldırmağı təklif edən Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri Bülent Arınç prezident Ərdoana müraciət edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, yaşlı hakimlərin daha təcrübəli olmasını əsas gətirib.

Keçmş siker bildirib ki, yeni hakim və prokurorların çoxu 15 iyul 2016-cı ildəki çevrilişə cəhddən sonra tələm-tələsik vəzifələrə gətirilib ki, onların da çoxunun hüquqdan xəbəri yoxdur və ya təcrübəsizdir: "Buna görə yaşı 65 və üzəri olan təcrübəli hakim və prokurorlara dövlət olaraq ehtiyacımız var.  Əgər Prezidentimiz ədliyyə naziri vəzifəsində çalışmış dəyərli insanlarımızdan birinə və ya mənə icazə və vəzifə verərsə, mən bu məsələni parlamentdəki pariyalarla paket halında müzakirə apara bilərik. Açıq desəm, mən şəxsən bir hüquqçu olaraq bu vəzifəyə iddialıyam".

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR