Vaxtilə Türkiyə klubunda top qovan futbolçu Almaniya liderliyinə namizəd oldu - Bertold prezident ola biləcəkmi?

Vaxtilə Türkiyə klubunda top qovan futbolçu Almaniya liderliyinə namizəd oldu - Bertold prezident ola biləcəkmi?

GÜNDƏM

Bugün, 09:12

Bir vaxtlar Türkiyə Super Liqasında Adanaspor komandasında oynamış və 1990-cı il Dünya şempionu titulunu qazanan Almaniya milli komandasının keçmiş üzvü olan Tomas Bertoldun ölkə prezidentliyinə namizədliyi irəli sürülüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ölkədəki hazırkı "yumşaq miqrant siyasəti"nin qatı əleyhdarı olan ifrat sağçı Almaniya Alternativi (AfD) partiyası 62 yaşlı keçmiş futbolçunu 30 yanvar 2027-ci ildə keçiriləcək seçkilərə namizəd göstərəcəyini rəsmən açıqlayıb.

Xatırladaq ki, Almaniyada prezident 30 yanvar 2027-ci ildə 1260 üzvdən ibarət Federal Konqres tərəfindən seçiləcək.

Ötən gün isə AfD-in həmsədrləri Alis Vaydel və Tino Çrupal müstəqil namizəd olaraq onun namizədliyini irəli sürüblər.

Yeri gəlmişkən, adı çəkilən partiya sonn əyalət parlamentinə və rəhbərliyinə keçirilən seçkiləridə ciddi uğurlara imza atıb.

12 noyabr 1964-cü ildə Almaniyanın Hanau şəhərində anadan olan Tomas Bertold peşəkar futbol karyerasına 1982-1983 mövsümündə "Ayntraxt Frankfurt"da başlayıb. İtaliyada "Hellas Verona" və "Roma", Almaniyada "Bavariya" və "Ştutqart" kimi klublarda oynamış müdafiəçi Almaniya milli komandasında 62 oyun keçirib. Bertold həmçinin 1990-cı il Dünya Kubokunu qazanan Almaniya heyətinin üzvü olub. Karyerasının son illərində Türkiyəyə gəlib. O, 2000-2001 mövsümündə "Adanaspor"da forma geyinib.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR