Lukaku Belçika yığması ilə vidalaşdı - AÇIQLAMA

Lukaku Belçika yığması ilə vidalaşdı - AÇIQLAMA

İDMAN

Bugün, 00:03

"Fənərbaxça"nın belçikalı hücumçusu Romelu Lukaku Belçika yığması ilə vidalaşıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə onun özü açıqlama verib.

Belçika millisində 135 oyunda 94 qol vuran və Belçikanın ikonik oyunçularından birinə çevrilən təcrübəli futbolçu bildirib ki, yığma komanda ilə karyerasının ən gözəl vaxtlarını keçirib: "Bu, gözəl bir səyahət idi və mən onun hər anından zövq aldım. Komandamıza verdikləri dəstəyə görə belçikalı azarkeşlərə təşəkkür edirəm. Ölkəmi 4 Dünya Kubokunda və 3 Avropa Çempionatında təmsil etdiyim üçün qürur duyuram. Ancaq hər şeyibn bir sonu var. Burada durmaq məcburiyyətindəyəm, hər şey gözəl idi"

33 yaşlı hücumçu 16 il ərzində milli komanda üçün əlindən gələnin ən yaxşısını etdiyini də vida nitqinə əlavə edib: "Komanda yoldaşlarıma həmişə minnətdar olacağam. Hamısına təşəkkür edirəm. Həmçinin mən inanan bütün məşqçilərə minnətdaram".

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR