Türkiyədə deputatın daha 9 yaxını saxlanıldı - Aralarında millinin keçmiş oyunçu da var

Türkiyədə deputatın daha 9 yaxını saxlanıldı - Aralarında millinin keçmiş oyunçu da var

SİYASƏT

Bugün, 00:16

Türkiyədə çirkli pullaırn yuyulması, mühafizəçilər və hətta xadimələri ilə intim əlaqələr və digər iyrənc iddialarla adı gündəmdən düşməyən deputat Mustafa Sarıgülün bu gün daha 9 yaxıını saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, saxlanılanlar arasında keçmiş milli basketbolçu və Türkiyə Basketbol Federasiyasının icraçı direktoru Rıza Səlim Dəmir də var.

Məlumata görə, İstanbul Baş Prokurorluğu tərəfindən "cinayətkar təşkilata üzvlük", "cinayət yolu ilə əldə edilən aktivlərin yuyulması" və "rüşvət" ittihamları ilə aparılan istintaq çərçivəsində saxlanılan Rıza Səlim Dəmir, Ahmet Tunç Akan, Emin Eres, Ramazan Elmas, Yılmaz Güney, Burak Utku Çələbi, Arda Ali Can, Alper Gündüz və Elif Gülhan Eskicioğlu prokurora ifadələrindən sonra həbs tələbi ilə məhkəməyə sövq olunublar: "Məhkəmə onlar barədə həbs qətimkan tədbiri seçilib"

Xatırladaq ki, eyni ittihamla deputatın övladları, keçmiş arvadı və digər yaxınları da tutulublar. Bəziləri isə ev dustaqlığına buraxılıblar. Sarıgülün özünün isə yaxın müddətdə deputat toxunulmazlığının ləğvi gündəmə gətirilib.

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR