Ermənistan dövlət televiziyasında əlbəyaxa dava - Jurnalistlə politoloq canlı yayımda bir-birlərini yumruqladı

Ermənistan dövlət televiziyasında əlbəyaxa dava - Jurnalistlə politoloq canlı yayımda bir-birlərini yumruqladı

PRESS

Bugün, 00:04

Ermənistan dövlət televiziyasında siyasi debat proqramı əlbəyaxa davaya görə yarıda dayandırılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, canlı siyasi debatda gərgin polemikaya girən müxalifyönlü  jurnalist Boris Murazi ilə Baş nazir Nikol Paşinyanın tərəfdarı olan politoloq Arutyun Mkrtçyan arasındakı sərt mübahisədə əsəblər hədsiz gərilib.

Məlumata və yayılan görüntülərə görə, mübahisə əlbəyaxa davaya çevirlib. Aparıcı və veirlişdəki digər qonaq yumruq-təpiyin havada oynadığı davanı sakitləşdirə, onları ayıra bilmədiklərindən veriliş yarıda dayandırılıb.

Ermənistan İctimai Televiziyası efirdə yaranmış hadisəni qəbuledilməz sayaraq, izləyicilərdən üzr istəyib.

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR