Ordunun intellektual bölmələrində yeni seçim meyarları müəyyənləşdi -SİYAHI
CƏMİYYƏT
Bugün, 17:27
Müdafiə Nazirliyində yüksək intellektual potensiala malik gənclərin bilik və bacarıqlarından hərbi xidmət dövründə səmərəli istifadə olunması məqsədilə həyata keçirilən layihə yeni peşəkar inkişaf mərhələsinə keçir.
Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu mərhələdə Milli Müdafiə Universitetinin intellektual bölmələrinin əhatə dairəsi genişləndirilib və yüksək akademik nəticələrlə yanaşı, informasiya texnologiyaları, kibertəhlükəsizlik, süni intellekt, robototexnika, proqramlaşdırma və digər müasir texnoloji istiqamətlər üzrə peşəkar səriştələr də seçim prosesində nəzərə alınır. Eyni zamanda, çağırışçıların elektron müraciətlərinin qəbulu üçün portal istifadəyə verilib. Yeni yanaşmanın əsas məqsədi müasir müdafiə sisteminin artan texnoloji tələbləri fonunda xüsusi bilik və səriştələrə malik gənclərin potensialını aidiyyəti fəaliyyət istiqamətləri ilə uzlaşdırmaq və onların peşəkar imkanlarından daha məqsədyönlü istifadə etməkdir.
İntellektual bölmələr modeli çağırışçıların ixtisas profilini hərbi xidmətin real funksional ehtiyacları ilə uzlaşdırır. İnformasiya texnologiyaları, kibertəhlükəsizlik və digər əlaqəli mühəndislik sahələri üzrə üstün hazırlığa malik gənclərin müvafiq struktur bölmələrə cəlbi onların mövcud peşəkar kompetensiyalarını xidmət dövründə praktik dəyərə çevirir. Eyni zamanda, bu yanaşma həmin kateqoriyadan olan gənclərə hərbi xidmət dövründə ixtisas üzrə təcrübə qazanmaq, yeni kompetensiyalar formalaşdırmaq və peşəkar inkişaflarını davam etdirmək imkanı verir.
Tətbiq olunan model xaricdə təhsil almış gənclər arasında hərbi xidmətə marağın artmasına, yerli ali təhsil müəssisələrinin tələbələri arasında isə yüksək akademik nəticələrə və peşəkar inkişafa yönələn sağlam rəqabət mühitinin formalaşmasına töhfə verir.
Layihə çərçivəsində formalaşmış yaxşı təcrübə, o cümlədən informasiya texnologiyaları, kibertəhlükəsizlik, süni intellekt və digər oxşar istiqamətlər üzrə yüksək hazırlıqlı mütəxəssislərə artan ehtiyac onun yeni mərhələyə keçidini şərtləndirir. Mövcud seçim meyarları saxlanılmaqla yeni peşəkar və texnoloji meyarların əlavə edilməsi xüsusi bilik, bacarıq və nailiyyətlərə malik çağırışçıların da intellektual bölmələr üzrə seçim dairəsinə daxil edilməsinə imkan yaradır.
İntellektual bölmələrdə xidmətə aşağıdakı seçim meyarlarından ən azı birinə uyğun gələn çağırışçılar cəlb oluna bilərlər:
• Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş ali təhsil müəssisələrinə qəbul imtahanlarında bütün ixtisas qrupları üzrə 600 və daha yüksək bal toplamış şəxslər;
• Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarına uyğun olaraq ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmuş beynəlxalq və respublika fənn olimpiadaları, beynəlxalq müsabiqə və yarışların qalibləri;
• əvvəlki təqvim ilinin nəticələrinə əsasən "Times Higher Education World University Rankings" və ya "Academic Ranking of World Universities" reytinqlərində ilk 500-də yer alan xarici ali təhsil müəssisələrinin bakalavriat və ya magistratura proqramlarının məzunları;
• "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı" üzrə təsdiq edilmiş ali təhsil müəssisələri və təhsil proqramlarının məzunları (təhsilin Dövlət Proqramı və ya şəxsi vəsait hesabına maliyyələşdirilməsindən asılı olmayaraq);
• informasiya texnologiyaları və kibertəhlükəsizlik sahələrində "Advanced" və ya "Expert" səviyyəli nüfuzlu beynəlxalq sertifikatlardan birinə malik şəxslər (müvafiq siyahı portalın "Sənədlər" bölməsində yerləşdirilib);
• robototexnika, insansız sistemlər, süni intellekt, kibertəhlükəsizlik və digər texnoloji istiqamətlər üzrə ölkə və beynəlxalq səviyyəli olimpiada, yarış və müsabiqələrin qalibləri (müvafiq siyahı portalın "Sənədlər" bölməsində yerləşdirilib).
Müdafiə Nazirliyinin tabeliyində müddətli həqiqi hərbi xidmət keçəcək və müəyyən edilmiş seçim meyarlarına uyğun gələn çağırışçılar və ya onların ailə üzvləri Milli Müdafiə Universitetinin rəsmi internet saytının (mmu.edu.az) "İntellektual bölmələr" hissəsi vasitəsilə elektron müraciət edə bilərlər.
Vətəndaşlar ətraflı məlumatı müvafiq portalın "Sənədlər" bölməsindən əldə edə, zərurət yarandığı təqdirdə Milli Müdafiə Universitetinin Çağrı Mərkəzi - *0811 (iş günləri saat 09:00-dan 17:30-dək) ilə əlaqə saxlaya bilərlər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
BAKLI MERİYASI YENİDƏN FORMALAŞDI: Zülfəli İsmayılov, Rəşad Ağayev, Elmin İmanov, Anar Tağıyev... - Onlar haqda hansı qərarlar verildi?
Bugün, 18:19 CƏMİYYƏT
-
Ceyhun Bayramov Böyük Britaniya XİN başçısı ilə telefonda danışdı - Nələr müzakirə edilib?
Bugün, 18:19 GÜNDƏM
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
Bugün, 17:56 İQTİSADİYYAT
-
Ordunun intellektual bölmələrində yeni seçim meyarları müəyyənləşdi -SİYAHI
Bugün, 17:27 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
"Avropalıların nə istədiyini anlamalıyıq" - Moskva Aİ-ni prosesdən kənarda saxlamaq istəyir, Estoniya və Kiyevə yeni mesajlar verir
Bugün, 16:49 GÜNDƏM
-
Kreml: "Biz Kiyevə "nəfəs məkanı" vermək niyyətində deyilik"
Bugün, 16:40 GÜNDƏM
-
Deputat media sahəsinə ayrılan vəsaitin azlığından şikayətlənib: “Milli düşüncəni təyin edən mediadır..."
Bugün, 16:32 PRESS
-
Bəzi ərazilərdə sabah güclü külək əsəcək - Xəbərdarlıq
Bugün, 16:26 CƏMİYYƏT
-
"Kişmiş" restroanı yanıb - VİDEO
Bugün, 16:12 CƏMİYYƏT
-
Deputat: “Rus dilinin xüsusi statusu nədir ki, bu xərcləri dövlət ödəyir?”
Bugün, 15:57 SİYASƏT
-
“Röyaya zəng etdim, telefonla danışmaq istədim, danışdığım yerdə telefonu bağladı"
Bugün, 15:36 ŞOU-BİZNES
-
Alik Əzizbəyov vəzifəyə təyin edilib
Bugün, 15:29 İQTİSADİYYAT
-
Deniz Seki: "Həyatımın ikinci pərdəsini açıram"
Bugün, 15:18 ŞOU-BİZNES
-
Eksternat təhsilalma forması: sənəd qəbulu başlayıb
Bugün, 15:07 CƏMİYYƏT
-
Tramp video paylaşdı, sətirlatı müharibə mesajı verdi: "Allah əsgərlərimizi qorusun"
Bugün, 14:59 GÜNDƏM
-
Norveç həyəcan təbili çalır: "Yumurta və toyuq qıtlığı yarana bilər"
Bugün, 14:37 İQTİSADİYYAT
-
Minimum əməkhaqqı 500 manat olacaq? - 100 manat civarında artım gözlənilir
Bugün, 14:18 İQTİSADİYYAT
-
AZAL-dan sərnişinlərə növbəti zərbə - QURU SƏRHƏDLƏRİN BAĞLI OLDUĞU ÖLKƏDƏ BİLETLƏR “UÇACAQ”
Bugün, 14:18 CƏMİYYƏT
-
Tahir Budaqovun oğlunun toyu olub
Bugün, 14:05 CƏMİYYƏT
-
"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə" təsdiqləndi
Bugün, 14:00 İQTİSADİYYAT
-
Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılıb - SƏRƏNCAM
Bugün, 13:56 CƏMİYYƏT
-
Əmlak Məsələləri Dövlət Xidmətinə əlavə səlahiyyyət verildi - FƏRMAN + DETALLAR
Bugün, 13:29 GÜNDƏM
-
Hikmət Hacıyev NATO Baş katibinin xüsusi nümayəndəsi ilə nəyi müzakirə edib? - Açıqlama + FOTO
Bugün, 13:09 SİYASƏT
-
Xaos, ilahi nizam və on iki ulduz və ya Sadıq Qarayevin adsız hekayəsi... - Kəbutər Hakverdi yazır
Bugün, 13:05 PRESS
-
Dağlıq ərazilərdə qar yağacaq - Sabahın hava proqnozu
Bugün, 12:55 CƏMİYYƏT
-
İRANA MÜHARİBƏ HAZIRLIĞI, YOXSA... - ABŞ daha bir nəhəng döyüş gəmisini bölgəyə göndərdi: "Bu, artıq müharibə planıdır"
Bugün, 12:49 DÜNYA
-
Prezident İlham Əliyev daha bir qanuna əlavə təsdiqlədi - Dəyişiklik
Bugün, 12:44 GÜNDƏM
-
Prokurordan etiraz - General qızı haqda qərardan protest verdi
Bugün, 12:39 GÜNDƏM
-
İş adamı həbs edildi, Məşhur “Atlant” İstirahət Mərkəzi müsadirə edildi - VİDEO
Bugün, 12:32 KRİMİNAL
-
"Dövlət satınalmaları haqqında" qanunda dəyişiklik... - Prezident təsdiqlədi
Bugün, 12:24 GÜNDƏM
-
Prezident Dövlət Qulluğu Məcəlləsini təsdiqləyib -DETALLAR
Bugün, 12:15 GÜNDƏM
-
Avropanın kiçik ölkəsi Rusiya ilə kəllə-kəlləyə gəlir, quru yol bağlanır: "Moskva bir bədəlin olacağını bilməli idi" - Zaxarovadan operativ reaksiya
Bugün, 12:10 GÜNDƏM
-
"Ən mühüm məqam ondan ibarətdir ki, bu vəzifələr borclanmaya müraciət edilmədən..." - Mikayıl Cabbarov
Bugün, 12:03 İQTİSADİYYAT