Hikmət Hacıyev NATO Baş katibinin xüsusi nümayəndəsi ilə nəyi üzakirə edib? - Açıqlama + FOTO

Hikmət Hacıyev NATO Baş katibinin xüsusi nümayəndəsi ilə nəyi üzakirə edib? - Açıqlama + FOTO

SİYASƏT

Bugün, 13:09

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşüb.

Mia.az xəbər verir ki, Hikmət Hacıyev "X" hesabında yazıb.

O bildirib ki, görüşdə Azərbaycan–NATO tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri, o cümlədən əməkdaşlığın yeni modellərinin inkişaf etdirilməsinin zəruriliyi müzakirə olunub.

Görüşdə H.Hacıyev Azərbaycanın NATO-nun fəal və etibarlı tərəfdaşı olduğunu vurğulayıb. O, ölkənin hərbi imkanları, strateji coğrafi mövqeyi, regional bağlantıların inkişafı və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr barədə danışıb.

Həmçinin Azərbaycan–NATO əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR