"Axios" yazır: "Mossad" rəhbəri Vaşintonda -  İrana hücum başlayır?

\"Axios\" yazır: \"Mossad\" rəhbəri Vaşintonda -  İrana hücum başlayır?

DÜNYA

Bugün, 21:19

İsrailın dünyaca məşhur "Mossad" kəşfiyyat təşkilatının direktoru Roman Qofman təcili Vaşinqtona səfər edib.

Mia.az xəbər verir ki, bu barədə Amerikanın nüfuzlu "Axios" nəşri  yazıb.

Nəşr informasiya qaynaqlarına istinadla qeyd edib ki, o, Tramp administrasiyasının yüksək vəzifəli şəxsləri ilə İrana mümkün hücumları müzakirə edir: "Netanyahunun ən yaxınlarından olan Qofmanın Vaşinqtonda Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff ilə görüşüb, onunla çox ciddi müzakirələr aparıb. Cütlük qərara alıb ki, dha detallı müzakirə   Trampın xüsusi elçisi Stiv Vitkoffla aparılmalıdır. Bu səbəbdən Mossad şefi Mayamiyə onunla görüşə yollanıb"

Nəşrin məlumatına "Mossad", Mərkəzi Kəşfiyyat İdarəsi və Ağ Evdən rəy bildirməyiblər.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR