"55 yaşında insan balet oynaya bilərmi?" - Fərhad Bədəlbəyli sənətkarların pensiya təminatına diqqət çəkdi

\"55 yaşında insan balet oynaya bilərmi?\" - Fərhad Bədəlbəyli sənətkarların pensiya təminatına diqqət çəkdi

MƏDƏNİYYƏT

Bugün, 16:16

“Çox istərdim ki, bugünkü müzakirədə Maliyyə Nazirliyinin də nümayəndəsi olsun. Çünki maliyyə məsələsi olanda burada Mədəniyyət Nazirliyinin edə biləcəyi heç nə yoxdur”.

Bunu Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Milli Məclisin Mədəniyyət Komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda keçirdiyi ictimai müzakirədə deyib.

“Çünki onlar teatra çox nadir hallarda gedirlər, çox nadir hallarda konsertlərdə iştirak edirlər. Ona görə də mədəniyyət deyəndə onların təsəvvüründə yalnız hansısa toyda oxuyan müğənni və ya şou-biznes nümayəndəsi canlanır.

Bundan başqa, balet artistlərinin pensiyaya çıxması ilə bağlı problemlər var. 55 yaşında insan balet oynaya bilərmi? Belə elementar problemlər, təəəssüf ki, bu gün də həllini tapmayıb”, - deyə F.Bədəlbəyli qeyd edib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR