Abdal-Gülablı Şəhidlərinin abidə kompleksinin açılışı olub - Açıqlama + VİDEOLAR

Abdal-Gülablı Şəhidlərinin abidə kompleksinin açılışı olub - Açıqlama + VİDEOLAR

CƏMİYYƏT

Bugün, 17:09

Ağdam rayonunun Abdal-Gülablı kənd sakinləri, 50-dək şəhid ailəsi və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Abdal-Gülablı Şəhidlərinin abidə kompleksinin açılışı olub.

Mia.az xəbər verir ki,  Zəfər bayramı və Dövlət Bayrağı günü münasibətilə baş tutan açılış mərasiminə qatılanlar şəhidlərimizin ruhuna fatihə verib, onlara Allahdan rəhmət diləyib və öz ürək sözlərini bölüşüblər.

Tədbirin təşkiilatçısı olan Abdal-Gülablı kənd sakini, şəhid bacısı Nigar Tağıyeva Mia.az-a bildirib ki, tədbirin rəsmi hissəsi Gülablı qəbiristanlığında olub, daha sonra kənd ərazisində qurulan mağarda davam etdirilib: "Yağış yağmasına baxmayaraq, tədbirimizin böyük izdihamla baş tutduğunu deyə bilərəm".

Onun sözlərinə görə, azad olunmuş doğma kəndlərində belə bir böyük layihəyə imza atmalarından dolayı fəxr edirlər: "Azərbaycanın müqəddəs torpağında igidlərimizin xatirəsinin əbədiləşdirildiyi bu məkanda doğma kəndimizin sakinləri ilə, şəhid ailələriylə bir yerdə olmaq fəxarət hissi yaradır. Bizi kəndimizdə bir araya gətirən səbəb təkcə bir abidənin açılışı deyil. O gün biz keçmişimizə ehtiramımızı, bu günümüzə minnətdarlığımızı, gələcəyə inamımızı ifadə etmək üçün bir araya gəldik. O gün Abdal-Gülablıda daşlar danışdı, o gün bu torpağın yaddaşı danışdı. O gün hər bir mərmər lövhənin qarşısında bir ömür, hər bir daşın arxasında bir tale, hər bir xatirənin içində bir ailənin həsrəti və bir xalqın qüruru dayandı. Bu barədə danışmaq çox ağırdır, ancaq şərəflidir. Bu şərəfi bizə yaşadan şəhidlərimizə Alllahdan rəhmət, Ali Baş komandanımız İlham Əliyev və Ordumuza, dəyərli xalqımıza ürəkdən təşəkür edirik"

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR