Tramp çağırışları geri çevirdi: "Müdafiə naziri vəzifədə qalacaq"

Tramp çağırışları geri çevirdi: \"Müdafiə naziri vəzifədə qalacaq\"

DÜNYA

Bugün, 19:32

3 noyabr ara seçkilərində həm Nümayəndələr Palatasında, həm də Konqres üzrə yarışda əzəli rəqibləri Demokrat Partiyasına uduzun ABŞ lideri Donald Tramp məğlubiyyətdə əsas rolu İranla müharibədəki arzulanmayan nəticələrin oynadığını desə də, buna məsul şəxslərlə vidalaşmaq niyyətində deyil.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, partiyadaşlarının Müdafiə naziri Pit Heqseti vəzifədən azad etmək çağırışlarına cavab olaraq,  belə bir tələbi yerinə yetirməyəcəyini deyib.

"Pit yerində qalacaq, onu vəzifədə saxlamaq niyyətim qətidir", - deyə Tramp bildirib.

O, Respublikaçıların seçkilərdə məğlubiyyətindən sonra  İranla müharibəni dəstəkləyən ABŞ Müdafiə naziri Pit Heqsetin niyə "hədəf taxtası"na qoyulduğunu anlamadığını da sözlərinə əlavə edib: "Heqsetdən narazılıq siqnalları alıram. Niyə? Bax, bunu bilmirəm".

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR