Corciya qubernatorluğunu ilk dəfə qaradərili qadın qazanıb

Corciya qubernatorluğunu ilk dəfə qaradərili qadın qazanıb

DÜNYA

Bugün, 10:42

ABŞ-da ara seçkiləri təkcə Konqres və Nümayəndələr Palatasının yeni üzvlərini  deyil, həm də bəzi ştatların qubernatorlarını da müəyyənləşdirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu seçkidə daha bir tarixi hadisə yaşanıb.

Səslərin sayılmasının hələ də davam etdiyi ara seçkilərdə Demokratlaırn namizəd Keyşa Lens Bottomsın Corciya ştatında ABŞ-ın ilk qaradərili qadın qubernatoru seçilməsi təsdiqlənib: "Bottoms ştatın ilk qaradərili qadın qubernatoru olub. Bu, həmdə 24 ildə ilk dəfə ştat administrasiyasının Respublikaçılardan Demokratlara keçməsi deməkdir. Qadın demokrat respublikaçı Rik Ceksonu məğlub edib".

Məlumat üçün qeyd edək ki, yeni qubernator idarəçilikdə yeni deyil. O, buna qədər ştatın ən böyük şəhəri olan Atlantanın meri idi.

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR