ƏRDOĞAN: "Türkiyə və Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur" (YENİLƏNİB)

ƏRDOĞAN: \"Türkiyə və Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur\" (YENİLƏNİB)

GÜNDƏM

07.11.2026, 22:11

Sabah  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran məlumat verib.

Onun sözlərinə görə, səfər Azərbaycanın Zəfər Günü münasibətilə həyata keçiriləcək: "Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında Qarabağda ikitərəfli görüş keçiriləcək. Görüşdə Türkiyə-Azərbaycan əməkdaşlığının müxtəlif istiqamətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunacaq".

***

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlir.

Mia.az Türkiyə mətbuatına istiadla xəbər verir ki, bu barədə o, Cənubi Koreyadan qayıdarkən təyyarədə jurnalistlərə açıqlama verib.

Ərdoğan Türkiyə ilə Azərbaycan arasında böhran olduğuna dair iddiaları rədd edib. Bildirib ki, iki ölkə arasındakı münasibətlər klassik diplomatik təmaslardan çox irəliyə gedib: "8 noyabr Azərbaycanın Zəfər Günüdür. Fövqəladə bir vəziyyət yaranmazsa, 8 noyabrda Azərbaycana səfər etməyi planlaşdırıram. İnşallah, bu səfər bizə lazımi addımları atmaq imkanı verəcək".

Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışıqları apardığını da diqqətə çatdırıb: "Mən artıq Azərbaycan Prezidenti cənab İlham Əliyevlə telefon danışıqları aparmışam. Əlbəttə ki, bu vaxt ərzində həm Kəşfiyyat rəisimi, həm də Xarici İşlər nazirimi Azərbaycana göndərdim. Bundan əlavə, həm cənab Əliyevlə, həm də xanımlarımız arasında telefon diplomatiyası aparılıb və aparılır. Mən həmişə deyirəm ki, Azərbaycanla münasibətlərimiz klassik diplomatik əlaqələrdən çox kənardadır. İki ölkə arasındakı qırılmaz bağ ortaq tariximizin, mədəniyyətimizin, taleyimizin və Allah qoysa gələcəyimizin məhsuludur. Allahın köməyi ilə Türkiyə və Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur".

F.SƏFƏRLİ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR