500 dollarlıq eynəklə ifadəyə yollanan sabiq nazir jurnalistlərin sualları cavablandırmaqdan yayınıb - FOTO

500 dollarlıq eynəklə ifadəyə yollanan sabiq nazir jurnalistlərin sualları cavablandırmaqdan yayınıb - FOTO

SİYASƏT

Bugün, 12:59

Türkiyə prezidenti Ərdoğanınlideri olduğu AKP-də müavini olan və adı qalmaqallı fond dələduzluğunda hallandıqdan sonra istefaya göndərilən keçmiş Ailə və sosial Siyasət naziri Fatma Betül Sayan Kaya, əri İlyas Kaya və Kapital Bazarları Şurasının keçmiş sədri İbrahim Ömər Gönül bu gün istintaqa çağırılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, milyardlıq dələduzluqda ittiham olunan sabiq nazir müzakirə obyekti olan vəsaitin bir hissəsini geri qaytarsa da, fond fırıldaqçılığı istintaqı onu "şübhəli" kimi ifadə verməyə dəvət edib.

Məlumata görə, İstanbul prokurorluöuna gələrkən oŞ, jurnalistlərin heç bir sualına, o cümlədən "163 milyonu haradan əldə etdiniz?" sorğusuna cavab verməyib.

Bu arada Türkiyə mediası onun ifadəyə gedərkən taxtığı eynəyin qiymətini araşdırıb. Bəlli olub ki, Fatma Betül Sayan Kayanın taxdığı eynəyin dəyəri 500 dollardan yuxarıdır.

F.SƏFƏRLİ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR