Deputatın oğlu etiraf etdi, həbsdən buraxıldı

Deputatın oğlu etiraf etdi, həbsdən buraxıldı

SİYASƏT

Bugün, 00:14

Türkiyədə çirkli pulların yuyulması və qanunsuz köçürmələrə görə həbs olunan və orada istintaqa Yeni Partiyanın qurulması prosesində atası, deputat Mustafa Sarıgülün Özgür Özələ  350.000 dollar nağd pul verdiyini bildirən Əmir Sarıgül bu gün ev dustaqlığına buraxılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, qanunvericilikdə mövcud olan "peşimanlıq" maddəsindən yararlanaraq istintaqla əməkdaşlıq etdiyi üçün haqqında belə qərar qəbul olunub.

Məlumatda o da deyilir ki, həbsdə olarkən Silivri həbsxanasında İstanbulun keçmiş bələdiyyə sədri Əkrəm İmamoğlu ilə qarşılaşan Əmir Sarıgül onunla dilləşib.

İddiaya görə, İmamoğlu Sarəgülə "Özgür Özəli də satdınız" deyə irad bildirib. Sarıgül isə ona "Siz saxtakarsınız, hamınız saxtakarsıznız", - cavabını qaytarıb.

Yeri gəlmişkən, Əmir Sarıgüllə yanaşı, Mustafa Sarıgülün digər oğlu, keçmiş arvadı və daha bir neçə yaxını həbs edilib. Bir neçə qohumunun isə idadəsi alınıb , özü haqqında isə Ankarada cinayət işi yenilənir.

F.SƏFƏRLİ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR