22 % vergi, oyunçuların isə... - Lotereya və mərc operatorları ilə bağlı dəyşiklik (YENİLƏNİB)
İQTİSADİYYAT
06.11.2026, 12:17
Azərbaycanda lotereya və mərc operatorlarının xalis gəlirdən 22 % vergi ödəməsi, oyunçuların isə 500 manatdan yuxarı uduşlarına tətbiq edilən 10 %-lik vergidən azad olunması təklif edilir.
Mia.az xəbər verir ki, bu barədə Vergi Məcəlləsində dəyişiklik olunur.
Məlumata görə, 2027-ci ilin büdcə zərfinə əsasən, vergi ödəyicisinə vergitutma bazasını müstəqil seçmək imkanının verilməsidir. Ümumi dövriyyədən deyil, GGR (Gross Gaming Revenue), yəni satışdan uduşlar çıxıldıqdan sonra qalan xalis gəlirdən vergi ödənilməsi müasir dünya təcrübəsində ən ədalətli və mütərəqqi model hesab olunur.
Sənəddə vurğulanıb ki, mövcud sistemdə dövriyyədən vergi tutulması operatorun real qazancını deyil, iştirakçıya geri qaytarılan məbləğləri də vergi yükünə salaraq daha sadə mexanizm olsa da, daha çox vergi yükü təsəvvürü yaradırdı. 22% dərəcəsi ilə GGR modelinin tətbiqi operatorların maliyyə dayanıqlığını artırır və onlara daha cəlbedici uduş fondları təklif etməyə şərait yaradır ki, bu da dolayısı ilə oyunçuların qeyri-leqal xarici saytlardan yerli leqal platformalara keçidini sürətləndirərək kölgə iqtisadiyyatının daralmasına xidmət edir.
Eyni zamanda, layihədə 2027-2029-cu illər üzrə nəzərdə tutulan minimum vergi ödəyimi (müvafiq olaraq 100%, 105% və 110%) mexanizmi dövlət və biznes arasında maraqların balansını qoruyan mühüm fiskal vasitədir. Bu yanaşma yeni vergitutma metoduna keçid zamanı büdcə daxilolmalarında yarana biləcək riskləri sığortalayır və dövlət gəlirlərinin sabitliyini təmin edir. Digər tərəfdən, bu üçillik keçid dövrü vergi ödəyicisinə öz biznes modelini yeni şərtlərə uyğunlaşdırmaq və investisiya planlarını proqnozlaşdırıla bilən hüquqi mühitdə qurmaq imkanı verir ki, bu da ölkədəki investisiya mühitinin cəlbediciliyini artırır və hüquqi müəyyənlik prinsipini gücləndirir.
Nəticə etibarilə, bu dəyişikliklərin gələcək dövrlərdə sektorda şəffaflığın artmasına, mühasibatlıq uçotunun beynəlxalq standartlara tam uyğunlaşmasına və bazarın daha rəqabətqabiliyyətli olmasına zəmin yaradacağı proqnozlaşdırılır. Belə bir kompleks yanaşmanın həm dövlət büdcəsinin maraqlarını uzunmüddətli perspektivdə sığortalayacağı, həm də sahənin sağlam və dayanıqlı inkişafı üçün zəruri hüquqi bazanı formalaşdıracağı gözlənilir.
Həmçinin, bu sahədə mövcud olan beynəlxalq təcrübə göstərir ki, idman mərc oyunları sahəsində vergi yükünün balanslı şəkildə müəyyən edilməməsi oyunçuların lisenziyalı operatorlardan uzaqlaşaraq lisenziyasız və nəzarətsiz platformalara yönəlməsinə səbəb ola bilər. Bu isə öz növbəsində qeyri-rəsmi (qara) bazarın genişlənməsinə, dövlət nəzarətinin zəifləməsinə, vergi daxilolmalarının azalmasına və istehlakçı hüquqlarının müdafiəsi imkanlarının məhdudlaşmasına gətirib çıxarır.
Vergi Məcəlləsinin 102.1.26-cı maddəsinə əsasən, lotereya və idman mərc oyunları üzrə əldə olunan uduşların 500 manatadək hissəsi gəlir vergisindən azad edildiyi, həmin məbləğdən artıq hissədən isə vergi tutulduğu üçün yüksək məbləğdə uduş əldə edən oyunçuların bir qisminin vergi öhdəliyindən yayınmaq məqsədilə qeyri-rəsmi mərc platformalarına üz tutması riski yaranır. Bu baxımdan, qanuni fəaliyyət göstərən operatorların rəqabət qabiliyyətinin qorunması, oyunçuların lisenziyalı bazarda saxlanılması və qara bazarın payının azaldılması məqsədilə 500 manatdan yuxarı uduş məbləğlərindən tutulan 10 % dərəcəsi ilə verginin ləğv edilməsi (stimullaşdırıcı lotereyalardan əldə edilən uduşlar istisna olmaqla) və ya bu sahədə vergi yükünün optimallaşdırılması nəzərdə tutulur.
Bildirilib ki, belə yanaşma oyunçuların qanuni operatorlara marağını artırmaqla yanaşı, bazarın şəffaflığının yüksəlməsinə, dövriyyənin leqallaşmasına və uzunmüddətli perspektivdə dövlət nəzarətinin daha effektiv həyata keçirilməsinə xidmət edə bilər.
***
Azərbaycanda lotereya və mərc oyunlarına 22 %-lik alternativ vergi rejimi tətbiq ediləcək.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov bildirib.
Onun sözlərinə görə, mühüm məqamlardan biri də lotereya və mərc oyunlarını həyata keçirən şəxslərə alternativ vergi rejiminin tətbiq edilməsidir: "Bu, ümumi vergi qaydalarından fərqli yanaşmadır və dünya praktikasında geniş yayılmış vergitutma mexanizmidir. Belə ki, dövriyyədən uduş fondu çıxıldıqdan sonra qalan məbləğ vergiyə cəlb olunur. Bu çərçivədə 22 % verginin tətbiqi nəzərdə tutulur. Əsas məqsəd vətəndaşların ölkə daxilində və ya xaricdə təşkil olunan qeyri-qanuni mərc oyunlarında iştirak edərək vəsaitlərini qeyri-rəsmi yollarla xərcləməsinin qarşısını almaqdır. Eyni zamanda, bu cür oyunların məhdudlaşdırılması və leqal bazarın imkanlarının genişləndirilməsi hədəflənir".
"Bunun üçün operatorlara belə bir imkan yaradılır ki, gəlirlərindən daha çox vəsaiti uduş fonduna yönəltməklə uduşların həcmini və faiz nisbətini artırsın, bununla da oyunlara marağı yüksəltsinlər. Nəticədə, vətəndaşların qeyri-rəsmi mərc oyunlarına ödəniş etməsinin qarşısının alınmasına və vergi ödəyiciləri üçün alternativ vergi rejiminin tətbiqinə nail olunması nəzərdə tutulur", - deyə N.İmanov əlavə edib(Report).
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Xətaidə qanunsuz obyekt tikilir? - VİDEO
Bugün, 00:07 CƏMİYYƏT
-
Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
09.11.2026, 22:01 SİYASƏT
-
Rəsmi Bakıdan Türkiyəyə başsağlığı: "Xəbər bizi dərindən kədərləndirdi"
09.11.2026, 20:10 SİYASƏT
-
Mehriban Əliyeva: “Hacıqabul rayonu, Bakı yolunda. Təbii Zəfər Tağı. 9.11.26”
09.11.2026, 19:42 GÜNDƏM
-
Elza Seyidcahan: "Onların pulları ancaq bədən doğratdırmağa gedir"
09.11.2026, 18:08 MƏDƏNİYYƏT
-
Noyabrın 9-dan 15-dək üç bürc sərvət və uğur qazanacaq
09.11.2026, 17:15 CƏMİYYƏT
-
Prezident səfirlə bağlı sərəncam imzaladı
09.11.2026, 16:20 GÜNDƏM
-
Bakıda ağac maşının üzərinə aşıb
09.11.2026, 16:07 CƏMİYYƏT
-
"Bank Respublika"nın imtiyazlı səhmləri: onu kimlər aldı? - Yeni gedişat Azərbaycan və onun bank sektoruna nə vəd edir?
09.11.2026, 15:45 İQTİSADİYYAT
-
Ərdoğan Trampla telefon danışığı haqda suala belə cavab verdi: "Üçurumun kənarındayıq"
09.11.2026, 15:40 GÜNDƏM
-
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
09.11.2026, 15:15 GÜNDƏM
-
İzmirdə fabrikdə partlayış: 3 nəfər ölüb, 10 nəfər dağıntılar altında qalıb
09.11.2026, 15:03 DÜNYA
-
Mingəçevirdə qazi bıçaqlandı
09.11.2026, 14:21 KRİMİNAL
-
Sabah hava necə olacaq? - Proqnoz
09.11.2026, 12:30 CƏMİYYƏT
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
09.11.2026, 11:04 GÜNDƏM
-
İlham Əliyev Kamboca Kralına məktub ünvanlayıb -MƏTN
09.11.2026, 10:59 GÜNDƏM
-
"Ya da müharibəni, ya cəhənnəmi seçin" - İran XİN başçısından ABŞ-a açıq xəbərdarlıq
09.11.2026, 10:23 DÜNYA
-
Mehriban Əliyeva: "Qoy sonsuz qürur mənbəyimiz olan..." - FOTO
09.11.2026, 09:21 GÜNDƏM
-
"Mətbuata servis olunan bu foto adamın qanını qaraldır"
09.11.2026, 09:05 CƏMİYYƏT
-
İlham Əliyevdən paylaşm: "Eşq olsun Azərbaycan Bayrağına!” - VİDEO
09.11.2026, 00:05 GÜNDƏM
-
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür
09.11.2026, 00:01 GÜNDƏM
-
Ərdoğan Azərbaycandan belə yola salındı - FOTOLAR
08.11.2026, 20:54 GÜNDƏM
-
Prezident və xanımı adından Ərdoğan və xanımının şərəfinə rəsmi ziyafət verilib - FOTOLAR
08.11.2026, 20:09 GÜNDƏM
-
Şahbuza mövsümün ilk qarı yağır - FOTOLAR
08.11.2026, 18:35 CƏMİYYƏT
-
Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunan konsert proqramı keçirlib - VİDEO
08.11.2026, 18:31 MƏDƏNİYYƏT
-
"HEÇ KİM ARAMIZA GİRƏ BİLMƏZ" - Ərdoğan Qarabağda Azərbaycan prezident ilə görüşdü, mühüm bəyanat və mesajlar verildi - VİDEO, FOTOLAR (Yenilənb)
08.11.2026, 18:30 GÜNDƏM
-
ƏLİYEVLƏ ƏRDOĞANIN ŞUŞA GÖRÜŞÜNƏ DAMĞA VURAN GÖRÜNTÜ... - FOTO
08.11.2026, 18:13 SİYASƏT
-
İlham Əliyevlə Ərdoğan Xocalı Soyqırımı və Şuşa qalası önündə - FOTOLAR
08.11.2026, 17:53 GÜNDƏM
-
Birinci xanımlar çay masasında söhbətləşdi - FOTOLAR
08.11.2026, 17:13 GÜNDƏM
-
Türkiyə dövləti Ağdamda məktəb tikir: "Gələn il İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik"
08.11.2026, 16:20 GÜNDƏM
-
Heydər Əliyev və xanımı Alyona Əliyeva Zəfər abidəsini ziyarət ediblər - FOTOLAR
08.11.2026, 16:14 GÜNDƏM
-
Ərdoğan: "İlham Əliyevin liderliyi ilə Azərbvaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi"
08.11.2026, 16:12 GÜNDƏM
-
ƏLİYEV VƏ ƏRDOĞAN AİLƏLƏRİ İLƏ BİR ARADA - FOTOLAR
08.11.2026, 15:20 GÜNDƏM
-
Ərdoğan Qarabağda: “Gözəl şeylər hiss edirik, hava da gözəldir” - VİDEO
08.11.2026, 14:27 GÜNDƏM