Müğənni qatıldığı televiziya proqramında həbsxanada keçirdiyi günlərdən danışıb. Sənətçi həmin dövrdə qızı Aysunun onun üçün çəkdiyi əziyyətlərə görə hələ də utandığını etiraf edib.
Rəqsanə İsmayılova bildirib ki, bəzən bu hisslər səbəbindən qızına zəng etməkdə belə çətinlik çəkir:
"Həbsxanada olanda Rəqsanə yox idi, mən deyildim, oradakı başqa adam idi. Oradakı günlərimdən danışa bilmirəm, sanki bir yuxu idi. Orada heç kəsi incitmirlər, heç kəsin xətrinə dəymirlər. Oranı heç kəsə arzulamıram. Danışmaq belə ağırdır. Həbsxana mənim yaralı yerimdir. Heç vaxt bu barədə danışmaq istəmirəm. Qızım böyük əziyyət çəkdi. Bu gün elə olur ki, mən qızıma zəng etməyə utanıram. Utanıram... Nə olsun ki, mən onu böyütmüşəm, nə olsun ki, ona əziyyət çəkmişəm. Vaxtında, həmişə onun yanında olmuşam. Bu gün də onun yanındayam".