TAKSİ SÜRÜCÜLƏRİ VERGİYƏ CƏLB OLUNUR

TAKSİ SÜRÜCÜLƏRİ VERGİYƏ CƏLB OLUNUR

İQTİSADİYYAT

Bugün, 12:59

Taksi sürücüləri vergiyə cəlb olunur.

Mia.az xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik ediləcək.

Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.

Qüvvədə olan qanuna görə mövcud vəziyyətdə taksi fəaliyyəti üzrə sadələşdirilmiş vergi regionlar üzrə sabit məbləğlər əsasında, vergitutma obyekti kimi nəqliyyat vasitəsi götürülməklə ödənilir. Mövcud vəziyyətdə bu sektorda yüksək nağd dövriyyə payı və gəlirlərin tam bəyan edilməməsi riski bu sahədə uçot və inzibatçılıq baxımından çətinliklər yaradır. Eyni zamanda, mövcud vergitutma fəaliyyə­tin faktiki həcmini və əldə olunan gəliri nəzərə almadığından, əsas iş kimi tam zamanlı çalışan sürücülərlə əlavə gəlir məqsədilə məhdud müddətdə fəaliyyət göstərən şəxslərin eyni məbləğdə vergi ödəməsinə səbəb olur.

Təklif olunan mexanizmə əsasən, vergitutma obyektinin nəqliyyat vasitəsi deyil, xidmət göstərən icraçı şəxsin gəliri kimi müəyyən edilməsi və fəaliyyətin platformalar və ya sifariş qəbul edən vasitəçilər üzərindən ödəniş mənbəyində 1 % dərəcə ilə vergiyə cəlb edilməsi daha ədalətli və dayanıqlı model formalaşdırır.

Layihədə vurğulanıb ki, bu yanaşma faktiki gəlir əsasında vergitutmanı təmin edir, sürücülər üçün inzibati yükü azaldır, nağdsız və izlənə bilən ödənişləri təşviq edərək şəffaflığı artırır və kölgə dövriyyəsini azaldır. Nəticədə, taksi xidmətləri bazarında bərabər rəqabət mühiti güclənir, vergi bazası genişlənir və büdcə daxilolmalarının sabitliyi təmin olunur.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR