ABŞ-DA ARA SEÇKİLƏRİ: TRAMPIN PARTİYASI TARİXİ MƏĞLUBİYYƏTLƏ ÜZLƏŞDİ - "DEMOKRAT"LAR İQTİDARI CİLOVLAMAQ FÜRSƏTİ QAZANDI

ABŞ-DA ARA SEÇKİLƏRİ: TRAMPIN PARTİYASI TARİXİ MƏĞLUBİYYƏTLƏ ÜZLƏŞDİ - \"DEMOKRAT\"LAR İQTİDARI CİLOVLAMAQ FÜRSƏTİ QAZANDI

GÜNDƏM

Bugün, 09:10

ABŞ Konqresinə keçirilən ara seçkilərinin ilkin nəticələri açıqlanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qeyri-rəsmi nəticələrinə görə, Prezident Donald Trampa rəqib partiya olan "Demokrat"lar Konqresdə üstünlüyü əldə edib.

Demokratlar 51 mandata sahibləniblər.

"Associated Press" (AP) agentliyi yazır ki, Respublikaçılar məğlubiyyətini qəbul ediblər və onlar Konqresdəki mövqelərini uduzduqlarını etiraf etməyə başlayıblar.

Xəbərdə o da deyilir ki, "Demokrat"lar Şimali Karolina, Cənubi Karolina, Texas, Ohayo, Kanzas və Ayova ştatları üzrə "Respublikaçı"lardan mandatları geri alıblar.

Beləliklə, 100 yerlik Konqresdə 51 mandat qazanan Demokratlar çoxluğa nail olmaqla, ABŞ Prezidenti Donald Trampa qarşı qanunvericilik hakimiyyətinə nəzarət baxımından mühüm gücə sahibləniblər.

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR