Daşınmaz əmlakın alqı-satqısı və boşanma... - Ali Məhkəmə daha bir mübahisəli vəziyyətə aydınlıq gətirdi
CƏMİYYƏT
Bugün, 11:19
Ali Məhkəməsinin Cinayət kollegiyasında külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq cinayəti üzrə məhkum edilmiş şəxsin kassasiya şikayətinə baxılıb.
Mia.az xəbər verir ki, İşin hallarına əsasən, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olmuş şəxs ər-arvad arasında yaranmış boşanma və əmlak mübahisəsindən istifadə edərək qadına məxsus mənzili, avtomobili və pul vəsaitlərini aldatma yolu ilə ələ keçirib.
Belə ki, 2021-ci ildə Bakı şəhərində yerləşən mənzilin satışına vasitəçilik etmək üçün ona müraciət edən şəxsin həyat yoldaşı ilə boşanma prosesində olduğunu və tərəflər arasında əmlak bölgüsü ilə bağlı mübahisə yarandığını öyrənib. Bundan sonra həmin şəxs qadınla ayrıca görüşərək guya ərinin onu aldadıb mənzilini və avtomobilini ələ keçirmək niyyətində olduğunu bildirib.
Qadının etimadını qazanan şəxs əmlakların məhkəmə mübahisəsi başa çatanadək müvəqqəti olaraq başqa şəxslərin adına rəsmiləşdirilməsini təklif edib. O, məhkəmə prosesi yekunlaşdıqdan sonra həmin əmlakların yenidən qadının mülkiyyətinə qaytarılacağını vəd edib.
Qadın bu vədlərə inanaraq mənzilin başqa şəxsin adına rəsmiləşdirilməsinə razılıq verib. Lakin sonradan həmin mənzil onun məlumatı və iştirakı olmadan üçüncü şəxsə 100 min manata satılıb. Mənzilin satışından əldə olunan vəsait isə qadına qaytarılmayıb.
Oxşar üsulla qadına məxsus, bazar dəyəri 26 min manat olan "Hyundai IX-35" markalı avtomobil də əvvəlcə yaxın qohumunun adına rəsmiləşdirilib, daha sonra etibarnamə əsasında başqa şəxsə satılıb. Avtomobilin satışından əldə olunan vəsait də mülkiyyətçiyə verilməyib.
Bundan əlavə, təqsirləndirilən şəxs mənzilin rəsmiləşdirilməsi, notariat xərcləri və məhkəmədə qadının xeyrinə qərar çıxarılmasına köməklik göstərilməsi adı ilə müxtəlif vaxtlarda ümumilikdə 9800 manat pul alıb. Nəticədə zərərçəkmiş şəxsə ümumilikdə 163 800 manat maddi ziyan vurulub.
Cinayət işi üzrə həmçinin müəyyən edilib ki, həmin şəxs digər vətəndaşdan torpaq sahəsinə çıxarış alınmasına köməklik göstərmək adı ilə 5000 manat, başqa bir vətəndaşın qızını işə düzəltmək vədi ilə 2000 manat, avtomobil satmaq adı ilə isə 1800 manat pul alaraq verdiyi vədləri yerinə yetirməyib.
Birinci instansiya məhkəməsinin hökmü ilə şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib, əsas zərərçəkmiş şəxsin xeyrinə 163 800 manat maddi və 5000 manat mənəvi zərərin ödənilməsi qərara alınıb. Bakı Apellyasiya Məhkəməsi isə hökmü dəyişdirilmədən saxlayıb.
Məhkum kassasiya şikayətində əsas zərərçəkmiş şəxslə bağlı cinayət epizodu üzrə özünü təqsirli bilməyərək mənzilin qadının razılığı ilə faizli borc alınması məqsədilə başqa şəxsin adına rəsmiləşdirildiyini, mənzil və avtomobilin satışında isə yalnız vasitəçi kimi iştirak etdiyini bildirib. O, digər cinayət epizodları üzrə təqsirini qəbul edərək apellyasiya instansiyasının qərarının ləğv olunmasını və işə yenidən baxılmasını xahiş edib.
Ali Məhkəmənin Cinayət kollegiyası kassasiya şikayətinin dəlillərini araşdıraraq qeyd edib ki, dələduzluq cinayətinin əsas xüsusiyyəti zərərçəkmiş şəxsdə həqiqətə uyğun olmayan təsəvvür yaratmaqla və ya onun etimadından sui-istifadə etməklə əmlakın ələ keçirilməsidir.
Məhkəmə kollegiyasının mövqeyinə görə, zərərçəkmiş şəxsin əmlakın başqa şəxsin adına rəsmiləşdirilməsinə razılıq verməsi həmin əmlakın sonradan onun iradəsindən kənar satılmasına və satışdan əldə olunan vəsaitin başqaları tərəfindən götürülməsinə razılıq kimi qiymətləndirilə bilməz.
Hazırkı işdə qadının razılığı əmlakların müvəqqəti olaraq başqa şəxslərin adına keçirilməsi və sonradan geri qaytarılması barədə verilmiş vədlər əsasında formalaşıb. Buna görə də belə razılığın mövcudluğu aldatma və etibardan sui-istifadə yolu ilə əmlakın ələ keçirilməsini istisna etmir.
Ali Məhkəmə vurğulayıb ki, araşdırılmış sübutlar məhkumun rolunun yalnız vasitəçilik fəaliyyəti ilə məhdudlaşmadığını təsdiqləyir. O, mənzilin başqa şəxsin adına rəsmiləşdirilməsini təşkil edib, sonrakı satış prosesində iştirak edib və borc məbləği ilə faiz ödənişi çıxıldıqdan sonra qalan pul vəsaitini əldə edib.
Avtomobilin satılması ilə bağlı şahid ifadələri də məhkumun alıcı ilə əlaqə saxladığını, satış qiymətini müzakirə etdiyini, rəsmiləşdirməni təşkil etdiyini və satışdan əldə olunan vəsaiti götürdüyünü göstərib. Avtomobilin qadının tapşırığı və mənafeyi naminə satılmasını təsdiqləyən sübutlar isə müəyyən edilməyib.
Məhkəmə kollegiyası bildirib ki, əmlakların müvəqqəti olaraq başqa şəxslərin adına keçirilməsi barədə vədlər verilməsi, həmin vədlərlə zərərçəkmiş şəxsin etimadının qazanılması, əmlakların sonradan onun iradəsindən kənar özgəninkiləşdirilməsi və əldə olunan vəsaitin məhkum tərəfindən götürülməsi bir-biri ilə əlaqəli şəkildə qiymətləndirilməlidir.
Ali Məhkəmə hesab edib ki, aşağı instansiya məhkəmələri tərəfindən sübutlar qanunvericiliyin tələblərinə uyğun araşdırılıb və qiymətləndirilib, məhkumun hərəkətlərinin dələduzluq kimi tövsif edilməsi düzgün olub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisində!
Bugün, 12:32 GÜNDƏM
-
ABŞ-da ara seçkilərdə tarixi bir ilk yaşandı
Bugün, 12:10 GÜNDƏM
-
ABŞ tarixinin ilk müsəlman senatoru xanımına sarıldı, seçicilərdən xahiş etdi: "Uşaqlarınıza pis adamların uduzduğunu deyin!"
Bugün, 11:58 DÜNYA
-
"Dəfn pulu" da artılacaq
Bugün, 11:57 CƏMİYYƏT
-
Bu şəxslərə yeni mənzil veriləcək - 15 milyon manat ayrılır
Bugün, 11:48 GÜNDƏM
-
Səhiyyə Nazirliyi böyük dəyişiklik astanasında: üç nazir müavini yola salınır, biri isə... - YENİ NAZİR SƏRT GEDİŞLƏRƏ HAZIRLAŞIR
Bugün, 11:41 GÜNDƏM
-
Nəzakət Məmmədovanın qızı nikahını kilsədə bağladı - VİDEO
Bugün, 11:37 MƏDƏNİYYƏT
-
Qazaxda məktəbli 33 yaşlı kişini bıçaqladı
Bugün, 11:31 KRİMİNAL
-
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi
Bugün, 11:24 GÜNDƏM
-
Daşınmaz əmlakın alqı-satqısı və boşanma... - Ali Məhkəmə daha bir mübahisəli vəziyyətə aydınlıq gətirdi
Bugün, 11:19 CƏMİYYƏT
-
Rəqəmsal səngərdə "Asimmetrik döyüş": Sosial mediamızın həcm, dil və strateji sınağı
Bugün, 11:13 PRESS
-
ABŞ-ın SABİQ PREZİDENTİNDƏN TRAMPA SEÇKİDƏN SONRA İLK MESAJ: "Ölkəyə daha iki il zərər vermənizin qarşısını almalıyıq"
Bugün, 11:02 GÜNDƏM
-
AZAL-a niyə dotasiya ayrılır? - 7.1 milyon manat, güzəştlər və əcnəbi kadrlar...
Bugün, 10:49 İQTİSADİYYAT
-
Corciya qubernatorluğunu ilk dəfə qaradərili qadın qazanıb
Bugün, 10:42 DÜNYA
-
Hörmüz boğazında ABŞ-ın MQ-9-u zərərsizləşdirib - 4 gəmi isə minaya düşüb
Bugün, 10:31 DÜNYA
-
İrandan ABŞ-dakı seçkiyə rəsmi reaksiya: "Bu, vicdan məsələsidir, yoxsa..." - "Amerika xalqı müharibəyə yox dedi
Bugün, 10:08 SİYASƏT
-
Əli Kərimlinin şikayəti təmin olunmadı - Avropa Məhkəməsindən qərar
Bugün, 10:05 SİYASƏT
-
Hörmüz boğazındakı gərginlik Avropanı 127 milyard avro geri salıb
Bugün, 09:55 İQTİSADİYYAT
-
"AzInTelecom”da təyinat olub - FOTO
Bugün, 09:48 CƏMİYYƏT
-
Donald Tramp məğlubiyyəti etiraf etdi, silahdaşlarını günahlandırdı: "Demokratlarla birgə işləməyi səbirsizliklə gözləyirəm" - ABŞ liderini qarşıda çətin mərhələ gözləyir
Bugün, 09:20 GÜNDƏM
-
Trampa Texas şoku: Demokratlar 38 il sonra qalib gəldi
Bugün, 09:12 GÜNDƏM
-
ABŞ-DA ARA SEÇKİLƏRİ: TRAMPIN PARTİYASI TARİXİ MƏĞLUBİYYƏTLƏ ÜZLƏŞDİ - "DEMOKRAT"LAR İQTİDARI CİLOVLAMAQ FÜRSƏTİ QAZANDI
Bugün, 09:10 GÜNDƏM
-
Azərbaycan nefti daha 3 dollar ucuzlaşdı
Bugün, 09:08 İQTİSADİYYAT
-
İki nəfərin öldüyü “Şəki Yaylası” istirahət mərkəzi bağlandı
Bugün, 09:04 CƏMİYYƏT
-
Qrenlandiya parlamenti ABŞ-la "Strateji Təhlükəsizlik Sazişi"ni təsdiqlədi
Bugün, 00:28 DÜNYA
-
"Fənərbaxça" klubu fikrini dəyişdi - Baş məşqçi vəzifəsinə Əmrə Belözoğlu gətirildi
Bugün, 00:21 İDMAN
-
İran prezidenti: "Gərəkirsə, öz otağımdakı elektrik enerjisini də kəsərəm"
Bugün, 00:20 DÜNYA
-
Lukaku "partladı": "Burada rahat deyiləm"
Bugün, 00:11 İDMAN
-
İran: Hörmüz boğazı 4 ölkənin gəmiləri üçün açıqdır
Bugün, 00:03 İQTİSADİYYAT
-
Çempionlar Liqası: "Qalatasaray" 3 dəqiqəyə 2 qol atdı (YENİLƏNİB)
03.11.2026, 23:41 İDMAN
-
Gəncədə şok olay: 88 yaşlı qadın öldürülüb - 59 yaşlı bacısı oğlu saxlanıldı
03.11.2026, 22:35 KRİMİNAL
-
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi + VİDEO, FOTOLAR
03.11.2026, 22:17 MƏDƏNİYYƏT
-
Yeni icra başçısı birinci müavinini vəzifədən çıxardı - FOTO
03.11.2026, 20:45 CƏMİYYƏT
-
Çempionlar Liqası: "Real" Arda Güləri heyətə daxil etmədi
03.11.2026, 19:41 İDMAN