Banqladeşdə bir milyondan çox işçi etiraza qalxdı - Kəskin maaş artımı tələbi var, 529 fabrik işi dayandırdı

Banqladeşdə bir milyondan çox işçi etiraza qalxdı - Kəskin maaş artımı tələbi var, 529 fabrik işi dayandırdı

DÜNYA

Bugün, 14:12

Banqladeşdə tekstil işçiləri ölkəboyu etiraza qalxıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, işçilər bahalaşan ərzaq və kommnal xidmətlərlə baxayaraq, maaşlaırn azlığından şikayətlənirlər.

Məlumata görə, işçilər əmək haqqının 140%-dək artırılması tələbi ilə küçələrə axışıblar.

Məlumata görə, etirazlar ölkədə xaos yaradıb, bəzi bölgələrdə polislə toqquşmalar baş verib: "Küçələrdə obyekt və maşınlar  yandırılıb. 529 fabrik fəaliyyətini dayandırıb və təxminən 1 milyon işçi işə çıxmaqdan imtina edib".

Xəbərdə deyilir ki, hökumət maaş artımı ilə bağlı təcili komissiya yaratsa da,  etirazlar davam edir: "Xüsusilə Dəkkə, Qazipur, Savar və Aşuliyada aylıq minimum əmək haqqının 12.500 takadan 30.000 takaya qaldırılması tələbinə qoşulanların sayı hər keçən saat daha da çoxalır..."

Tahir ŞƏLVƏLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR