"AzInTelecom”da təyinat olub - FOTO

\"AzInTelecom”da təyinat olub - FOTO

CƏMİYYƏT

Bugün, 09:48

"AzInTelecom” MMC-də yeni təyinat olub.

Mia.az Yurd.media-ya istinadla bildirir ki, Elsəvər Zülfiyev “AzInTelecom” MMC-də Təhlükəsizlik insidentlərinin idarəedilməsi şöbəsinin rəhbəri vəzifəsinə təyin edilib.

Bununla bağlı “AzInTelecom”un Baş direktoru Elxan Əzizov müvafiq əmr imzalayıb.

O, yeni vəzifəsinə qədər “AzInTelecom”da Təhlükəsizlik Əməliyyatları bölməsinin rəhbəri olub. O, 2023-cü ilin oktyabrından 2026-cı ilin sentyabrınadək bu vəzifəni icra edib.

Bundan əvvəl, 2022-ci ilin avqustundan 2023-cü ilin oktyabrınadək şirkətdə informasiya təhlükəsizliyi üzrə mütəxəssis, 2021-ci ilin sentyabrından 2022-ci ilin avqustunadək isə informasiya təhlükəsizliyi üzrə texnik vəzifələrində çalışıb. O, 2021-ci ilin avqust-sentyabr aylarında şirkətdə informasiya təhlükəsizliyi üzrə təcrübəçi olub.

Elsəvər Zülfiyev 2016-cı ilin iyunundan 2019-cu ilin dekabrınadək “HIDRO-PARK” MMC-də İT mütəxəssisi vəzifəsində işləyib.

O, eyni zamanda, 2017-ci ilin oktyabrından Azərbaycan Vin Çun Federasiyasında baş məşqçi kimi fəaliyyət göstərir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR