Hörmüz boğazındakı gərginlik Avropanı 127 milyard avro geri salıb

Hörmüz boğazındakı gərginlik Avropanı 127 milyard avro geri salıb

İQTİSADİYYAT

Bugün, 09:55

"Hörmüz boğazının bağlanmasından bəri Avropaya 127 milyard avro əlavə xərc yüklənib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Brüsseldə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen səsləndirib.

O bildirib ki, boğazın bağlanması yanacağın kəskin bahalaşmasına səbəb olub ki, bu da Avropanın rəqabət qabiliyyətini, təmiz enerjiyə keçidi və süni intellekt sahəsindəki prioritetlərini axsadıb. Bu il iqlim dəyişikliyinin quraqlıq, meşə yanğınları və daşqınlar da yaratdığını yada salan fon der Leyen təmiz enerjiyə keçidin vacibliyinə diqqət çəkib: "Hörmüz boğazının bağlanmasından bəri idxal olunan yanacaqlar Avropaya 127 milyard avro əlavə xərc yaratdı. Hazırkı vəzityyət neft və təbii qaz idxalında böyük risk və böhran formalaşdırıb". 

Komissiya lideri iddia edib ki, Avropa 2050-ci ilə qədər neytral qitə olmaq planına nail olmaq üçün böüyk əmək sərf etməkdədir...

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR