Deputat: "Bəs onda kəndlərdə və aqroparklarda işə götürülən şəxslərlə bağlı ehtiyac haradan yaranır?"
İQTİSADİYYAT
Bugün, 14:02
"2017-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetində 880 əyani, 269 qiyabi bakalavr məzunu olub. "Universitetin açıqladığı son məlumata görə, 2024-2025-ci tədris ilində aqronomluq ixtisasını 84, baytarlıq təbabəti ixtisasını 76 nəfər bitirib. Rəqəmlər göstərir ki, kadr hazırlığı azalmayıb. Lakin diplomlu mütəxəssislərin aqrar təsərrüfatlara gedib çatmasındakı qırılma xüsusi araşdırma tələb edir".
Mia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib.
O bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına görə, aqrar ixtisaslar üzrə məzunların öz sahələrində məşğulluq göstəricisi son üç ildə 32 %-dən 65 %-ə yüksəlib:
"Bəs onda kəndlərdə və aqroparklarda işə götürülən şəxslərlə bağlı ehtiyac haradan yaranır? İqtisadi sistemlə ali təhsil müəssisələri arasında əlaqə qurulmadığı üçün universitetlərin məzunları aqrar təsərrüfatlarda sərbəst işləyə bilmirlər. Rəsmi statistikaya görə, ölkəmizdə 2022-ci ildə 3 228 istixana fəaliyyət göstərirdisə, 2024-cü ildə onların sayı 3 027-yə, 2025-ci ildə isə 2 995-ə düşüb. İstixana pomidorunun istehsalı da 2023-cü ildəki 268,9 min tondan 2025-ci ildə 156,8 min tona enib. Lakin bu azalmanı aqronom çatışmazlığı ilə izah etmək doğru olmaz. Təbii qazın qiyməti, istehsalın maya dəyəri, xarici bazarda aşağı satış qiymətləri yerli şirkətlərin rəqabət qabiliyyətinə təsir edir. Ona görə də xaricdən aqronom gətirməklə ziyanla işləyən istixanaların bütün problemlərini həll etmək mümkün olmayacaq. Təkcə Rusiya 2024-cü ildə 1 milyon 717 min tondan çox tərəvəz, o cümlədən 479 min ton pomidor idxal edib.
Uzun illər istər aqronomluq, istərsə də baytarlıq sahəsində böyük ənənələri olan ölkəmizdə xaricdən asılılıq, emal müəssisələrinin sayının müəyyən qədər azalması nəticədə konsentrat məhsulların ölkədə satışı artır. Süni intellekt və yaxud data mütəxəssislərini kənardan gətirməyi başa düşmək olar. Lakin respublikamızın vaxtilə keçmiş sovet məkanına kadr ixrac etdiyini nəzərə alsaq, itkilərimizi yenidən qiymətləndirməliyik. Baytarlıq sahəsində də problem oxşardır. Bu istiqamətdə universitetlərin statistik göstəricilərini qeyd edə bilərəm. Lakin Türkiyə və İrandan bu sahədə baytarlar gəlir və orta təhsillə sahənin problemlərini həll edirlər. Onlar yalnız təcrübələrinə görə öndə olduqları üçün bizim ali təhsilli mütəxəssislər yerli rəqabətdə geri qalırlar. Ona görə də təklif edirik ki, qanunvericilikdə xaricdən cəlb edilən mütəxəssislərin peşə təcrübəsini müəyyənləşdirən şəffaf meyarlar təsbit olunsun. Xüsusilə baytarlıq sahəsində təhsil və peşə səriştəsinin yoxlanılması təmin edilsin.
Aqroparklar güzəştlərdən yararlandıqları müddətdə yerli aqronomlar, bağçılıq mütəxəssisləri və baytarlar üçün ödənişli təcrübə və mentorluq proqramları həyata keçirsinlər. Dövlət Aqrar Universiteti, Lənkəran və digər ali təhsil müəssisələri ilə istehsalat müəssisələri arasında birgə tədris əlaqələri qurulsun. Bölgələrdə çalışan gənc baytarlar və aqronomlar üçün maaş əlavələri və davamlı peşə təhsili üzrə hədəfli dəstək proqramları həyata keçirilsin. Əminəm ki, bütün bunları nəzərə aldıqda, biz xaricdən aqronom və baytar idxal etməyə nəhayət ehtiyac duymayacağıq".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Kremldən TDT-yə Qqatılma çağırşına reaksiya: "Məntiqlidir"
Bugün, 15:18 GÜNDƏM
-
AzTV-də dəyişiklik - Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifədən ayrıldı
Bugün, 15:07 PRESS
-
Canlı yayımda söyüş söyən tiktoker yenidən həbs edildi
Bugün, 14:59 KRİMİNAL
-
Futbol dünyası yasda! - Futbolçu qapıçı ilə toqquşduqdan sonra öldü + FOTOLAR
Bugün, 14:42 İDMAN
-
Tramp və Putin gəlir - Çində təhlükəsizlik ən üst səviyyəyə çıxarıldı, hətta restoran və qəssabxanalardakı bıçaqlar da zəncirlənib
Bugün, 14:36 DÜNYA
-
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi - Şok iddia ilə
Bugün, 14:31 KRİMİNAL
-
FƏLƏSTİN–KİPR GÖRÜŞÜ: HUMANİTAR DİPLOMATİYADAN REGİONAL SİYASİ MARAQLARA DOĞRU... - TƏHLİL
Bugün, 14:24 SİYASƏT
-
"WhatsApp"da saxta kampaniyalarla bağlı xəbərdarlıq: 100 manat məbləğində pul mükafatı...
Bugün, 14:08 CƏMİYYƏT
-
Deputat: "Bəs onda kəndlərdə və aqroparklarda işə götürülən şəxslərlə bağlı ehtiyac haradan yaranır?"
Bugün, 14:02 İQTİSADİYYAT
-
Deputat parlamentdə: "Mütəxəssis adı altında ölkəmizə gələn şəxslərin fəaliyyəti ciddi yoxlanılmalıdır"
Bugün, 13:45 SİYASƏT
-
"Elektron ticarət haqqında" qanun dəyişir
Bugün, 13:14 İQTİSADİYYAT
-
Meydan TV-nin hǝbsdǝ olan ǝmǝkdaşları bəyanat yayıb
Bugün, 12:55 PRESS
-
Azərbaycanla Özbəkistan arasında imzalanmış sazişlər ratifikasiya olunub
Bugün, 12:53 SİYASƏT
-
AFFA bu klubları cəzalandırdı
Bugün, 12:53 İDMAN
-
OKTYABRIN “ULDUZ”U – XAQANI ŞIRVANI -900
Bugün, 12:46 PRESS
-
"Call Center"lər vasitəsilə kiberdələduzluq - Azərbaycan polisi Ukraynada müdhiş əməliyyata imza atdı + VİDEO, FOTO
Bugün, 12:31 KRİMİNAL
-
Şəmkirdə 13 il əvvəl törədilmiş qətl... - Üstü indi açıldı
Bugün, 12:13 KRİMİNAL
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:09 CƏMİYYƏT
-
OMBUDSMAN DƏYİŞMƏDİ... - Deputatlar 3 namizəd arasından yenə eyni adamı seçdi + FOTO (Yenilənib)
Bugün, 12:06 SİYASƏT
-
Milli Məclis 8 noyabr – Zəfər Günü münasibətilə Bəyanat qəbul edib
Bugün, 11:55 SİYASƏT
-
Məşhur aktrisa ilə "Beşiktaş"lı futbolçu gizli eşq yaşayır
Bugün, 11:47 İDMAN
-
Aktrisa: "Arıqlamaq vəsvəsi xəstəlikdir"
Bugün, 11:42 MƏDƏNİYYƏT
-
Prezident İlham Əliyev Xose Raul Mulino Kinteroya məktub göndərib - MƏTN
Bugün, 11:30 GÜNDƏM
-
Prezident İlham Əliyev yeni səfirləri qəbul edib -FOTO (YENİLƏNİB)
Bugün, 11:18 GÜNDƏM
-
MƏSLƏHƏTÇİYƏ 55 MİN MANAT MAAŞ? - "Azərenerji"nin sabiq rəhbəri Etibar Pirverdiyevin adının hallandığı məhkəmə işində şok iddialar səslənir
Bugün, 11:17 KRİMİNAL
-
Deputatlar İlham Əliyev və Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb
Bugün, 11:11 GÜNDƏM
-
Dotasiyadan məhrum qalacaq icra başçıları... - Onlar rayonu necə idarə edəcək? +VİDEO
Bugün, 11:07 İQTİSADİYYAT
-
DAHA BİR VƏZİFƏLİ ŞƏXS HƏBS EDİLDİ - Birgə məlumat yayıldı
Bugün, 11:00 GÜNDƏM
-
Leylan Nəsirova direktor təyin olunub
Bugün, 10:49 CƏMİYYƏT
-
Azərbaycan nefti sərt düşüşə keçdi - Birdən-birə 10 dollar ucuzlaşma var
Bugün, 10:37 İQTİSADİYYAT
-
"Kurtlar vadisi"nin "Kaşifoğlu"su və ya MİT zabitinin şübhəli ölümü - Məzar açıldı, meyit müayinə olundu, zəhərlənmə təsdiqləndi
Bugün, 10:32 SİYASƏT
-
MƏŞĞULLUQ SİYASƏTİ: yaş, təcrübə və gərəksiz elanlar...
Bugün, 10:25 CƏMİYYƏT
-
Qrenlandiya müstəqillyə dorğru ilk addımı atdı?
Bugün, 10:19 DÜNYA
-
Mingəçevirdə bıçaqlanma olub
Bugün, 10:17 KRİMİNAL