Yəməndə toqquşma... - 300 min nəfər evlərindən didərgin düşüb

Yəməndə toqquşma... - 300 min nəfər evlərindən didərgin düşüb

DÜNYA

Bugün, 09:00

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı (BMQT) Yəməndə davam edən daxili toqquşma ilə bağlı maraqlı statistika yayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hesabata əsasən, döyüşlər nəticəsində 300.000-dən çox insan evlərindən didərgin düşüb.

Məlumatda deyilir ki, bu, son iki ayda baş verib: "Bütün bunlar Yəməndə humanitar fəlakətə yol açıb. Hazırda ailələrin sığınacaq tapmaq və əsas ehtiyaclarını ödəmək üçün mühüm tədbirlər görülməlidir"

Xatırladaq ki, Yəməndə İranın dəstəklədiyi Husi üsyançıları 2014-cü ilin sentyabr ayından bəri paytaxt Sənanı və bəzi digər əraziləri nəzarətdə saxlayır.  Son iki ayda isə hökumət qüvvələri ilə döyüşlər şiddətlənib.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR