İsraildə seçki: səslərin 93 faizindən çoxu sayılıb - Ərəb partiyaları tarix yazdı

İsraildə seçki: səslərin 93 faizindən çoxu sayılıb - Ərəb partiyaları tarix yazdı

DÜNYA

Bugün, 17:08

Ötən gün İsrail keçirilən parlament seçkiləri üzrə səslərin 93%-dən çoxu sayılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrailin Kanal 12 televiziyası məlumat yayıb.

Bildirilib ki, hazırkı nəticəyə əsasən, Baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi hakim blok 53 yer, müxalifət bloku isə 48 yer qazanıb.

Hələ təsdiqlənməmiş nəticələrə görə, nə Netanyahunun rəhbərlik etdiyi hakim blok, nə də keçmiş Baş Qərargah rəisi Qadi Eisenkotun rəhbərlik etdiyi müxalifət bloku 120 yerlik İsrail Knessetində təkbaşına hökumət qurmaq üçün lazım olan 61 yerlik üstünlüyə sahib deyil.

Məsələnin maraqlı tərəfi digər partiyaların qazandığı mandat sayıdır. Yəni, yeni hökumət qurmaq istəyənlər mütləq bu partiyaların deputatların sayına ehtiyac duyacaq.

Ən diqqətçəkən məqamlardan bir isə İsrail vətəndaşları olan fələstinli partiyalarıın  Knessetə 19 deputat mandatı qazanmalarıdır. Bu nəticə İsrail parlamenti tarixində ərəb partiyalarının əldə etdiyi ən yüksək göstəricidir.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR