DÜNYA SƏKSƏKƏDƏ: İRANA NÜVƏ BOMBASI ATILACAQ? - Amerikalı jurnalist tarix verdi, bölgəni lərzəyə saldı

DÜNYA SƏKSƏKƏDƏ: İRANA NÜVƏ BOMBASI ATILACAQ? - Amerikalı jurnalist tarix verdi, bölgəni lərzəyə saldı

GÜNDƏM

Bugün, 10:20

Amerikalı jurnalist Taker Karlson sensasiyalı iddia irəli sürüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, İsrail Baş naziri Netanyahunun ABŞ Prezidenti Trampa İrandakı nüvə ehtiyatının gömülü olduğu Kazma dağına nüvə bombası atılması üçün "dirəndindiyi"ni yazıb.

Jurnalistin iddiasına görə, Tramp 7 noyabr tarixinə qədər bu barədə yekun qərar verəcək.

Amerikalı jurnalist X hesabında Trampın 1 noyabr tarixində İranda vurulacaq yalnız bir və ya iki hədəfin qalması barədə sözünü də xatırladıb. Bildirib ki, o, həmin hədəflərin cəmi 10 dəqiqə içində məhv edə biləcəklərini təsadüfi söyləməyib: "İsrail kəşfiyyatı İranın Kazma dağında uran zənginləşdirmə fəaliyyətlərini bərpa etdiyini iddia edir.  Ərazidəki nüvə obyektləri təxminən 90 metr qranit qayanın altında yerləşir ki, ABŞ-ın hazırkı ənənəvi silahları bu dərinlikdəki obyektləri tamamilə məhv edə bilməz. Netanyahu da məhz bu səbəbdən nüvə bombasına israr edir.  O hədəfi cəmi 10 içində yalnız nüvə bombası ilə məhv etmək olar. ABŞ prezidentinin nüvə silahından istifadə edib-etməmək barədə qərarı isə maksimum noyabrın 7-dək bəll olacaq".

Karlson bildirib ki, Tramp bu müddətə qədər Vtse-prezidentlə xüsusi nümayəndəsi Stiv Vitkoffun İranla diplomatik razılaşmanın əldə edilə biləcəyinə inanır: "Bu ikili dialoq, Müdafiə naziri Pit Heqset və ABŞ Mərkəzi Komandanlıq komandanı Bred Kuper isə gücün tərfdarıdır. Tramp yekun qərarı ilə, həm də bu ikilinin mövqeyi arasında seçim edəcək".

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR