Rəsmi Bakıdan türk diplomatın namizədliyinə açıq dəstək: "Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyi..."

Rəsmi Bakıdan türk diplomatın namizədliyinə açıq dəstək: \"Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyi...\"

SİYASƏT

31.10.2026, 16:24

"ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü Azərbaycan alqışlayır".

Mia.az xəbər verir ki, bu sözləri  Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

Ayxan Hacızadənin sözlərinə görə, namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxalq və diplomatik təcrübəsinə, qərəzsizliyinə və üzv dövlətlər arasında konsensusun formalaşdırılması bacarığına əsaslanan, BMT Nizamnaməsinin prinsip və məqsədlərinin rəhbər tutulduğu seçim prosesi vacibdir: "İnanırıq ki, davam edən məsləhətləşmələr və üzv dövlətlər arasında konstruktiv dialoq nəticəsində BMT-nin müasir qlobal çağırışlara daha səmərəli cavab vermək imkanlarını gücləndirəcək müvafiq qərar qəbul olunacaq"

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR