"Qalatasaray"da şok qərar: "Ölən anama və..."

\"Qalatasaray\"da şok qərar: \"Ölən anama və...\"

İDMAN

Bugün, 21:01

"Qalatasaray" klubun rıəhbər şəxsləri arasında əlbəyaxa dava və söyüşmə istefaya səbəb olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klubun vitse-prezidenti Metin Öztürk direktorlar şurası və əlaqəli şirkətlərdəki vəzifələrindən istefa verdiyini açıqlayıb.

O bildirib ki, 27 oktyabrda klubun idarə heyətinin iclasında ona hücum olub, vəfat etmiş anasına söyülüb:   "Nə "Qalatasaray" tərbiyəm, nə də anam və atamdan aldığım tərbiyə 27 oktyabrda idarə heyətinin iclasında baş verən fiziki hücuma və və mərhum anama qarşı təhqirə çevrilən hərəkəti qəbul etməyimə imkan vermir.

Bu gündən etibarən "Qalatasaray" Direktorlar Şurasındakı və əlaqəli şirkətlərin direktorlar şuralarındakı vəzifələrimdən istefa verirəm".

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR