Aqil Abbas və Molla Pənah Vaqif...

Aqil Abbas və Molla Pənah Vaqif...

CƏMİYYƏT

Bugün, 16:01

ASIN, Aqil Abbası!

Niyə gecikirsiz, qarabağlılar? Düz Qarabağın göbəyində, Cıdır düzündə Aqil Abbası edam edin.

Necə ki, bir vaxt Molla Pənah Vaqifi elə orada asmışdılar.

Xahiş edirəm, o edama məni də dəvət edin. Sizlərə və Aqil Abbasa deyiləsi sözüm var.

O dar ağacının dibində Aqil Abbasa deyəcəm:

Ey böyük insan, yazıçı. Şairi də burada asdılar, amma zaman onun məqbərəsini qoydu. Məqbərə hazır olanda Ali Baş Komandan İlham Əliyev açılışa gəldi. Narahat olma, zaman sizin də məqbərənizi qoyacaq, açılışa da gələcəklər.

Edamçılara da sözüm olacaq. Deyəcəm:

Sizə and verirəm Seyid Lazım Ağanın hörmətinə, bircə deməyin Qarabağı Aqil Abbas satmışdı.

Çünki o təkcə öz atasının yox, sizlərin ata-baba yurdunu istəmişdi. Kağızı yoxdur deyə yurdsuz sayılanların yurdunu. Çayxanada, yas yerində, ictimai nəqliyyatda yox, ən möhtərəm tribunada istəmişdi.

Və Siz Allah, bircə deməyin Qarabağı Aqil Abbas satmışdı — çünki satanlara söz deyə bilmədik axı.

Nüsrət Dağlaroğlu

MİA.AZ


Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR