ABŞ-da təyyarə yaşayış məntəqəsinə düşdü - 9 nəfər öldü

ABŞ-da təyyarə yaşayış məntəqəsinə düşdü - 9 nəfər öldü

DÜNYA

Bugün, 09:21

ABŞ-da özəl təyyarə yaşayış məntəqəsinə düşüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Floridadan Baham adalarına getmək üçün havalanan özəl təyyarə yaşayış məntəqəsi üzərində bəlli olmayan səbəbdən qəzaya uğrayıb.

İlkin məlumata görə, azı 9 nəfər həlak olub.

Xəbərdə o da deyilir ki, qəzadan əvvəl pilotun təcili anons verib: "Kömək edin, kömək edin! Dəqiqədə 20.000 fut eniş edirik. Biz düşəcəyik".

Florida qubernatoru təyyarənin qəzaya uğramasını belə şərh edib: "Sanki əraziyə təyyarə deyil, raket düşdü..."

Onun sözlərinə görə, qəzanın yaratdığı fəsad səbəbindən təxminən 600 nəfər ərazidən təxliyə olunub.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR